Modern.az

Gülüstan Əliyevanın yeni albomu təqdim olunacaq

Gülüstan Əliyevanın yeni albomu təqdim olunacaq

12 Aprel 2010, 14:22

Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyevanın yeni albomu işıq üzü görüb. “STS Prodakşn studiyası tərəfindən buraxılmış albom belə adlanır: “Yadıma düşürsən”.

 

Toplu iki DVD və CD diskindən ibarətdir. Albom müğənninin son illər böyük məharətlə ifa etdiyi mahnıların zəngin palitrasını təşkil edir. Burada Tofiq Quliyevin, Cahangir Cahangirovun, Faiq Sücəddinovun, Kamalın, Ramiz Mirişlinin, Aygün Səmədzadənin və başqa bəstəkarların mahnıları var. Gülüstan xanımın özünəməxsus ifası xalq arasında tanınan bu mahnıların çoxuna yeni nəfəs və təravət verir.

 

Albomun təqdimatı 16 aprel 2010-cu il saat 14.00-da “Monte Kristo” restoranında keçiriləcək.

 

Müğənninin verdiyi məlumata görə onun təsnif və muğamlardan ibarət daha bir albomu hazırlanır.    

           

Gülüstan Əliyevadan gələn digər bir xəbərdə isə onun Türk Ölkələri Akademiyası tərəfindən beynəlxalq dərəcəli ödülə layiq görüldüyü bildirilir. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir