Modern.az

Melanxolik, tədbirli Rüstəm İbrahimbəyov - NİYƏ?

Melanxolik, tədbirli Rüstəm İbrahimbəyov - NİYƏ?

31 İyul 2013, 10:37

Son ayların siyasi gündəmi Milli Şura və Rüstəm İbrahimbəyovla bağlıdır desək yanılmarıq. Hamının fərqində olduğu proseslər olsa da qısa xatırlatma yerinə düşər. Aparıcı müxalifət partiyaları R.İbrahimbəyovu vahid namizəd kimi təqdim etdilər. Bununla da düşünüldüyü kimi əks reaksiya başladı. Proseslər hələ də gedir. Nəticə bəlli deyil (Əlbəttə ki, bizlər üçün). İndi isə məsələ başqadır. Məntiqi zəkaları tarıma çəkən R. İbrahimbəyovun namizədliyi təstiq olunacaq – olunmayacaq?; Azərbaycana gələcək – gəlməyəcək? – sualları...

Bu arada bir - birinə rəqib siyasi düşərgələr R. İbrahimbəyov  fiquru üzərində müvaffiq olaraq təbliğata start vermiş oldular. Sözsüz ki, hər iki tərəf haqqlıdır. Hər kəs düşündüyü qədər haqqlı və ya ədalətlidir. Bunun ortaq formulası yoxdur. Nə isə.... Məqsədimiz siyasi şərh deyil. Bu siyasi müstəvidə R.İbrahimbəyovun kim necə təqdim edir bu da bizə aid deyil... Əgər bir kəs istər siyasi, istərsə də mədəni sferada öz qəlibindən çıxıb ictimailəşirsə, o zaman ictimai rəy və fikirlərə də birmənalı yanaşmamalıdır. 

Məhz buna görə də Modern.az “Fotoların dili ilə” layihəsində NLP master Babək Bayramovla bu dəfə Rüstəm İbrahimbəyovun “Fizioqnomika” testini tərtib edərək oxuculara təqdim edir. Bununla hamının haqqında danışdığı və bəlkə də tanımadığı şəxslərə başqa rakursdan baxmış oluruq. İnsan olaraq istədiyimizi görür, düşünür və qərar veririk. Bu layihədə isə hər dəfə xatırlatdığımız kimi istədiyimizi deyil görünənin (insan simasının) görünməyən tərəflərini elmi təstiqin tapmış qəliblər əsasında izah edirik.   

Baş. Rüstəm İbrahimbəyovun demək olar ki, bütün fotolarında başının azacıq önə doğru əyildiyini görə bilərik. Başın bu forması inkişaf etmiş zəkadan xəbər verir. 

Alın. Diqqət edirsinizsə, onun geniş və küncləri olan alnı var. Belə alın, daha öncəki analizlərimizdə vurğuladığımız kimi insanın xəyal gücünün qüvvətli olmasının əsas əlamətlərindən biri hesab olunur. Alnın yan tərəfdən görünüşünün dairəvi, piramida şəkilli  və arxaya meylli olmağı öz sahibinin melanxolik, tədbirli, yalançı, eqoist olmasını bildirir. Paralel və az hiss olunan vektorial alın qırışları ədalətliliyə işarədir. 

Qulaqlar. Rüstəm İbrahimbəyovun qulaqlarının yastı və başına çox yaxın olduğunu şəkillərindən aydın görürük. Belə qulaqlara malik insanlar tədbirli, soyuqqanlı və iradəli olurlar. 

Göz. Geniş açılmış, əhvalın dəyişməsinə bağlı olaraq ifadəsi də dəyişən gözlərə baxın. Söhbət əsnasında əsasən birbaşa qarşısındakı insanın gözlərinin düz içinə baxır. Qaşlar ortadan yuxarı doğru qalxır və gicgahlara doğru aşağı enir. Kirpiklər kəskin şəkildə yuxarı doğru qatlanır. Bunlar Rüstəm İbrahimbəyovun enerjili, aktiv, tərs, xahiş və əmirlərinin gec yerinə yetirilməsinə dözməyən, cəsarətli, qərarlı, cəsarəti sayəsində çox “qırmızı” olduğunu göstərir. Lakin bunlara baxmayaraq gözlərinin açıq qəhvəyi rəngi onun içinə qapanıq olduğunu göstərir. 

Burun. Rüstəm İbrahimbəyova məxsus böyük burun təkəbbür, şöhrətpərəst və enerjili olmağı göstərir.

Dodaqlar. Qalın dodaqlar, yenə də ondakı həssaslığı büruzə verir.    

Çənə. Ətli çənə ağıllı, həssas və eqoist bir fərdiyyəti bildirən vacib parametrlərdən biridir.

 



 

Qeyd: Şəxsin üz forması və cizgilərinin xarakterlə əlaqəsi barədə qeyd olunanlar “Fizioqnomika” testinə əsasən çıxan nəticələrdir. Rəsmi dairələrdə əsas kimi istifadə edilə bilməz.  

 

Elçin MURAD

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?