Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test tərtibi metodikasını təkmilləşdirmək və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə oktyabrın 1-dən fənlər üzrə elmi-metodiki seminarlar təşkil edəcək. TQDK-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, elmi-metodiki seminarlarda ali və orta məktəb müəllimləri, elmi-metodiki mərkəzlərin mütəxəssisləri iştirak edəcəklər. Ayrı-ayrı fənlər üzrə elmi-metodiki seminar məşğələlərinin cədvəlini nəzərinizə çatdırırıq:
N | Fənnin adı | Həftənin günü | Başlanma vaxtı |
1 | Ana dili və ədəbiyyat | I | 13.00 |
2 | İngilis dili | I | 12.00 |
3 | Fransız dili | I | 15.00 |
4 | Alman dili | I | 14.00 |
5 | Kimya | ıı | 10.00 |
6 | Fizika | III | 10.00 |
7 | Şərq dilləri | III | 15.00 |
8 | Tarix | IV | 10.00 |
9 | Biologiya | IV | 10.00 |
10 | Coğrafiya | V | 10.00 |
11 | Riyaziyyat | V | 15.00 |