Modern.az

Eşşək ferması yaradıb eşşək südü və pendiri istehsal edən ailə - VİDEO

Eşşək ferması yaradıb eşşək südü və pendiri istehsal edən ailə - VİDEO

İqtisadiyyat

31 İyul 2013, 17:52

Bosniya və Herseqovinanın şimalında Zavidoviçi vilayətinin Petkoviç kəndində Yusupoviçlər ailəsinin maraqlı təsərrüfatı var. Modern.az saytının məlumatına görə, bu ailə yaratdığı fermada eşşək südü və pendirinin istehsalı ilə məşğuldur.

Türkiyənin “Anadolu” agentliyi həmin təsərrüfat haqqında videoreportaj da hazırlayıb. Yusupoviçlər ailəsi bu fermada 11 eşşək bəsləyir. Astma və bronxit kimi bir sıra xəstəliklərin müalicəsində, həmçinin bədənin ümumi immun sisteminin güclənməsində eşşək südünün şəfalı təsiri bu ailənin əsas gəlir mənbəyinə çevrilib.

Belə ki, bu şəfalı təsirinə görə eşşək südünün bir litrinə 50 avro, pendirin bir kiloqramına isə 1000 avro verən müştərilər də var. İddia edilir ki, eşşək südündə inək südündən 60 dəfə çox “C” vitamini var.

 

 

Elçin MURAD

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir