Modern.az

“Xəzər” televiziyasında reklam neçəyədir? - ARAŞDIRMA

“Xəzər” televiziyasında reklam neçəyədir? - ARAŞDIRMA

1 Avqust 2012, 10:03


Həmişə telekanallarda pulla bağlı olan məsələlər “kommersiya sirri” adı altında gizli saxlanılır. Modern.az saytının əməkdaşı telekanallardakı reklam qiymətləri ilə bağlı araşdırma aparıb.

Qeyd edək ki, bu qiymətlər adətən mətbuatdan gizli saxlanılır. İlk olaraq “Xəzər” televiziyasındakı qiymətlərlə bağlı araşdırmamızı sizə təqdim edirik.

Əvvəlcədən qeyd edək ki, bu qiymətlər 30 saniyə üçün nəzərdə tutulub.
”Xəzər” TV-də hər hansı sənədli film efirdə olarkən reklamının yayımlanmasını istəyən şirkət 100 manatından keçməlidir.

“Ahəng” musiqili proqramı, cizgi filmi və “Sağlıqla” verilişlərində reklam vermək üçün 300 manat ödəmək lazımdır. “Bizim gün” və “Xəbərlər”in günorta buraxılışında isə qiymətlər 400 manatdır. “Nuş olsun” mətbəx proqramında reklamın dəqiqəsi 900 manata başa gəlir.

“İkinci sənət” maqazin proqramı isə reklamın 30 saniyəsini 500 manata efirə verir.

“Qaynana” serialının təkrarında – 600, “Nərdivan”, “Rezonans”,  “Popcorn”,  “Ləziz səyahət”, “Aynadakı mən” proqramında reklam yerləşdirməyin qiyməti isə 700 manatdır.

”Xəzər” TV-də 18:40-da efirə gedən animasiya cizgi filmində reklamın dəqiqəsi 1200 manata başa gəlir.

19:15-də yayımlanan Azər Axşamın aparıcısı olduğu “Başla görək” verilişi isə reklamvericilər üçün xeyli baha sayılır. Burda reklamın 30 saniyəsi 1000 manatdır.

20:40-da yayımlanan “Həyatın içindən” verilişi də yetərincə bahalı hesab olunur – reklamın dəqiqəsi 2000 manat.

Araşdırmamız zamanı məlum oldu ki, telekanalda saat 22-23 arasında 30 saniyəlik reklam bloku vermək istəyənlər 3500 manat ödəməlidir.

“Xəzər xəbər”də isə qiymətlər 1400 manatdır.

Həftənin ikinci və dördüncü günləri efirdə olan “Qaynana” serialında da qiymətlər bahadır –1400 manat.

Həftənin birinci günü saat 22-də efirdə olan “Rezonans” da reklamın qiyməti 1400 manatdır.

“Aramızda qalsın” serialının yeni seriyası da eyni qiymətədir.

Yusif Kərimlinin aparıcısı olduğu “Yolçu” proqramının arasında reklam yerləşdirmək 700 manata başa gəlir.

Həftənin üçüncü günü yeni buraxılışı efirə gedən “İkinci sənət” verilişində qiymət 700 manatdır

Beşinci gün 23:30-da efirdə olan “Starlife”da qiymət 700, “Xəbərlər”in gecə buraxılışında isə 300 manatdır.

Bazar ertəsi 00:45-də başlayan “Futbol saatı”nın reklam qiyməti 250 manatdır.

Telekanalda həftəsonu yayımlanan proqramlarda reklam qiymətləri isə nisbətən aşağıdır.

Şənbə günü 08:30-da efirə yayımlanan animasiya filmində 300 manat, eyni gündə iki saat sonra başlayan animasiya filmində isə 400 manat ödəməklə reklam yerləşdirmək olar.

11:30-da başlayan “Ex professo” tibbi proqramındakı reklamın 30 saniyəsi 300 manatdır.

12:25-13:15 aralığındakı cizgi filmindəki reklama isə 350 manat xərcləmək lazımdır.

16:15-də təkrarı efirə gedən “Sirdaş” elmi publisistik proqramı 400 manatdır.

17:40-da yayımlanan “Aynadakı mən” də eyni qiymətədir.

18:50-21:00 aralığında efirə verilən türk filmində reklamın qiymətlər nisbətə bahadır – dəqiqəsi 1800 manat.

Telekanalın ən baxımlı verilişlərindən hesab edilən “Ay Zaur” isə hər 30 saniyəlik reklama görə 1400 manat qazanc əldə edir.

Onun ardınca başlayan “Ləziz səyahət” ikiqat aşağı qiymətədir.

Bazar günü səhər saat 8-də başlayan animasiya filmindəki reklam qiyməti 210 manatdır.

Saat 10:20-də başlayan”Star life” verilişindəki reklamın 30 saniyəsinə 700 manat ödəməlisiniz.

11:30-12:40 aralığında yayımlanan “Avtostop” avtomobil proqramının reklam qiyməti 450 manatdır.

Əgər reklamınızı 12:40-da başlayan “Yolçu”nun təkrarında görmək istəyirsinizsə, 500 manat ödəməlisiniz.

“Harmoniya” maqazin proqramının yeni buraxılışı 14:25-də başlayır və reklamın qiyməti 350 manatdır.

“Sirdaş” tarixi proqramının yeni buraxılışında reklam 400, “İncilər” əyləncəli proqramında 500 manatdır.

18:25-19:00 aralığında efirdə olan animasiya filmində qiymət də o qədərdir.

Bazar günü saat 7-də təkrar yayımlanan “Ay Zaur”un təkrarı da yetərincə bahadır – 1000 manat.

22:10-da efirə gedəcək bədii film də “Ay Zaur”la eyni qiymətədir.

“23:50-da başlayan “Nərdivan”da reklam qiyməti isə 700 manatdır.

Qeyd edək ki, bu qiymətlərə ƏDV daxil deyil. Araşdırma zamanı məlum oldu ki, “Xəzər” TV-də 250 manatdan aşağı rezervasyon qəbul olunmur. İkili brandlinq tipli çarxlar isə əlavə 25 faiz ödənişlə yerləşdirilir. 10 saniyədən az olan reklam çarxı elə 10 saniyəlik hesab olunur.

Digər telekanalların reklam qiymətləri ilə bağlı araşdırmamızı da yaxın günlərdə sizə təqdim edəcəyik.

İntiqam Valehoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı