Modern.az

Azərbaycanlı millət vəkili: “Türkiyə Böyük Millət Məclisi gecikir”

Azərbaycanlı millət vəkili: “Türkiyə Böyük Millət Məclisi gecikir”

12 Aprel 2010, 19:43

Millət vəkili Həvva Məmmədova bir müddət öncə Modern.az-a açıqlamasında bildirmişdi ki, qondarma “erməni soyqrımı”nı tanıyan ölkələr Türkiyə Böyük Millət Məclisi tərəfindən beynəlxalq məhkəmələrə verilməlidir. Deputat saytımıza bildirib ki, hazırda bununla bağlı təkliflər üzərində işləyir: “Mən hesab edirəm ki, bu gün qondarma “erməni soyqrımı”nı qəbul edən Amerikanın 44 ştatı və 24 ölkə TBMM-ə dəvət olunmalı və məsələ burada müzakirə olunmalıdır. Həmin dövlətlərin tarixi qurumları və media mənsublarından sorğular götürülməlidir. Onlardan Türkiyə arxivlərində olub-olmadıqlarını və bu soyqrımı hansı səbəblərə görə tanıdıqlarını soruşmaq lazımdır. Əgər bu dövlətlər bir əsr öncə baş verən hadisələrə belə diqqət göstərirlərsə, niyə XX əsrin sonunda baş verən Xocalı faciəsinə laqeyd yanaşırlar? Niyə Xocalıda baş verən hadisələrə münasibət bildirmirlər? Mənim bu istiqamətdə müəyyən təkliflərim var. Hesab edirəm ki, TBMM bu məsələdə gecikir. Bu gecikmə TBMM-də müzakirə olunmalı və qondarma “soyqırımı” tanıyan dövlətlər arqumentlər gətirməlidirlər”. Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir