Modern.az

Apelyasiya şikayətləri ilə bağlı Şuranın qərarı qüvvədə saxlanılıb

Apelyasiya şikayətləri ilə bağlı Şuranın qərarı qüvvədə saxlanılıb

Qarabağ

12 Aprel 2010, 19:48

 

Moden.az saytı xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. İclasda Şuranın sərbəst maliyyə vəsaitin xərclənməsi haqqında, apelyasiya komissiyasının təqdimatı və digər məsələlər müzakirə edilib.

Sərbəst vəsaitin xərclənməsi ilə bağlı qeyd edilib ki, Şura bu vəsaiti ölkənin ictimai həyatı, QHT-lərin inkişafı, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım cinayətlərinin dünyada tanınması və başqa vacib layihələrin maliyyələşdirilməsinə xərcləməyə üstünlük verib.

Şuranın apelyasiya komissiyasının fəaliyyəti ilə bağlı məlumatda isə bildirilib ki, birinci maliyyə yardımı müsabiqəsinin nəticələri ilə bağlı Şuraya daxil olmuş 11 müraciətin hər biri ayrılıqda araşdırılib və Şuranın qərarı qüvvədə saxlanılıb. Yalnız bir layihə ilə bağlı əlavə donorun tapılacağı halda layihə təklifinin yenidən Şuraya təqdim edilməsi tövsiyə edilib.

Səfər qrantları ilə bağlı Şuraya daxil olmuş ərizələrə də baxılaraq müvafiq qərar çıxarılıb.

İclasda Şura həyatının cari məsələləri də müzakirə olunub.  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi