Modern.az

Fədayə Laçın danışdı: “Elə bir şey olmayıb ki, sevgilimə görə Tacirlə duet oxumayım”

Fədayə Laçın danışdı: “Elə bir şey olmayıb ki, sevgilimə görə Tacirlə duet oxumayım”

1 Avqust 2013, 16:00


Tanınmış müğənni Tacir Şahmalıoğlu Modern.az saytına verdiyi müsahibədə bildirib ki, müğənni Fədayə Laçının sevdiyi insan icazə vermədiyinə görə onların iş birliynə-duetinə son qoyulub:

  “Əvvəl mahnıları mən seçirdim, gətirirdim, yaradırdım, aranjimana verirdim. Fədayə mənim tələbəm idi, indi də tələbəmdir. Fədayəni daim nəzarətdə saxlayırdım, çağırırdım, mahnılar oxuyurduq. İndi onu çağırmaram da. Gəlin sizə lap təmizini danışım. Bir dəfə “Görmüşəm, sevmişəm, istərəm səni”ni yeni versiyada oxudum və  Fədayəni dəvət elədim ki, duet oxuyaq. O da dedi ki, “istədiyim oğlan məni qısqanır”. Mən də ondan sonra heç çağırmadım”.  

Fədayə Laçın isə Modern.az-a açıqlamasında deyilənləri təkzib edib:

“Elə bir şey olmayıb ki, sevgilimə görə Tacirlə duet oxumayım. Həyatda heç nə əbədi deyil, eləcə də bizim duet yaradıcılığımız”.   Fədayə Laçının geniş müsahibəni bu günlərdə saytımızda oxuya bilərsiniz. Müğənni Tacir Şahmalıoğluyla şəxsi münasibətlərindən və sənətdəki yeniliklərindən danışıb.  

İntiqam Valehoğlu
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir