Modern.az

İtmiş enerjini bərpa etmək istəyənlərə Yoqa təlimindən 12 məsləhət - MARAQLI

İtmiş enerjini bərpa etmək istəyənlərə Yoqa təlimindən 12 məsləhət - MARAQLI

3 Avqust 2013, 09:28


Yoqa – hind mədəniyyətində, geniş anlamda mənəvi və fiziki təcrübənin məcmusu deməkdir. İudaizm və buddizmin müxtəlif cərəyanlarında yüksək psixoloji və mənəvi vəziyyətlərə çatmaq məqsədilə istifadə olunur. Dar mənada yoqa – iudaizm fəlsəfəsinin 6 ortodoksal məktəbindən biridir. Yoqanın məqsədi – insanın bu dünyada ontoloji statusunu dəyişməkdir. 

"Yoqa" sözü sanskrit mənşəli “yoc” və ya “yuc” sözündən götürülərək bir neçə mənanı ifadə edir. “Məşq”, “çalışma”, “birləşmə”, “bütöv”, “harmoniya” və s. mənalarda işlənir. Hindistandan başqa digər ölkələrdə bu söz xatxa-yoqa ilə - fiziki hərəkətlərlə, məşqlərlə təsəvvür yaradır. Yoqa ilə məşğul olana yoq və ya yogin deyirlər. 

Surya Namaskarın yoqa məşqləri 12-pilləlidir və ən geniş yayılmış, universal komplekslərdən biridir. Bu metod insan bədənində olan enerjinin bərabər paylanmasına kömək edir. 

1. Düz dayanın. Əllərinizi sinənin qaşısında birləşdirin. Özünüzü toplayın və nəfəs verin. 

2. Nəfəs aldığınız zaman əllərinizi yuxarı qaldırıb arxaya doğru dartılın. Ayaqlarınızı bir yerdə saxlayın və boynunuzu boşaldın. 5 saniyə nəfəsinizi saxlayın. 

3. Nəfəs verdiyiniz zaman qabağa əyilin və əllərinizi döşəməyə elə qoyun ki, əl və ayaq barmaqlarınız eyni xətdə dayansın. Dizlərinizi bir qədər bükə bilərsiniz. 

4. Nəfəs alın, sağ və ya sol ayağınızı arxaya apararaq dizinizlə döşəməyə toxunun. Qabağa doğru gələrək, başınızı yuxarı qaldırın və yuxarı baxın. 

5. Nəfəs almağa davam edərək digər ayağınızı da arxaya aparın. Bədən ağırlığını ələ və pəncəyə yönəldin. Başınızı bədənlə eyni xətdə saxlayın. Baxışları isə döşəməyə - əllərin arasına yönəldin. 

6. Nəfəs alma zamanı pəncələri döşəmədən ayırmadan əvvəl dizləri, sonra sinəni və alını döşəməyə yaxınlaşdırın. 

7. Nəfəsinizi verəndə pəncələri düzəldin və ombaları döşəməyə sıxın, əllərə dirənərək astaca qalxın. Bədənin yuxarı hissəsini yuxarı əyin, çiyinləri boşaldın. Baxışlarınızı yuxarı yönəldin. 

8. Nəfəs verən zaman pəncə və əllərə dirənib çanağı yuxarı qaldırın. Başınızı əllərin arasına salın. Belə vəziyyətdə bədən və döşəmə üçbucaq vəziyyətini almalıdır. 

9. Nəfəs alma zamanı sağ və ya sol ayağınızı əllərin arasına qoyun. O biri diziniz isə döşəməyə toxunmalıdır. Baxışlarınızı yuxarı yönəldin.

10. Nəfəs verəndə o biri ayağınızı da gətirərək birləşdirin, əllərinizi döşəmədə saxlayaraq şəkildəki vəziyyəti alın. 

11. Nəfəs verəndə yuxarı qalxın. Astaca belinizi dikəldin və əllərinizi arxaya aparın, 5 saniyə nəfəsinizi saxlayın.

12. Nəfəs alma zamanı astaca geri qayıdaraq əvvəlki vəziyyəti alın. 

 

Hazırladı: Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi