Modern.az

İranın yeni prezidenti rəsmən fəaliyyətə başladı

İranın yeni prezidenti rəsmən fəaliyyətə başladı

Dünya

3 Avqust 2013, 23:49

Avqustun 3-də İranın ali dini lideri Xamneyi ölkənin yeni seçilmiş prezidenti Həsən Ruhanini  bu ölkənin prezidenti postuna təsdiqləyib. Bununla da yeni prezident vəzifəsinin icrasına başlayıb. Qapalı keçirilən tədbirdə sabiq prezident Mahmud Əhmədinejad da iştirak edib.

Yeni prezidentin təntənəli andiçmə mərasimi avqustun 4-də keçirilib.
Tədbirdə 50 ölkə, BMT və bəzi beynəlxalq təşkilatlardan 55 fəxri qonaq iştirak edib. Mərasimə 11 prezident, 8 vitse-prezident, 2 baş nazir, 3 baş nazir müavini, 11 xarici işlər naziri, 7 parlament spikeri və 12 nazir qatılıb. Azərbaycanı İran prezidentinin andiçmə mərasimində Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir