Modern.az

Quş adasındakı rəqqasə

Quş adasındakı rəqqasə

5 Avqust 2013, 11:58

Vaxt gəldi, zaman yetişdi ötən həftə şou-biznes aləmində baş verənlərdən danışmağa.

Deməli, Rəqqasə Aytən Quş adasına istirahətə gedib. Tanımayanlar üçün xatırladım o qızı. O qız var idi e, 5-6 oğlanla klip çəkdirmişdi. Elə deyəsən mahnının da adı rəqslə bağlı idi. Oriental oynayandır. Əslində burda qeyri-adi heç nə yoxdur. İstirahət hər kəsin hüququdur. Amma istirahət məkanınının Quş adası olduğunu nəzərə alanda adamın ağlına yüz cür fikir gəlir. Niyə Antalya yox, Bodrum yox, nə bilim Kislovodsk yox, Quş adası? Təbii ki, bu dedidklərimin indi haqqında danışdığım xanımdan başqa kimsəyə aidiyyatı yoxdur. Kimin pulu varsa, lap Antarktidada da dincələ bilər.

“Toppuş bacı” da özünə üç dəfə toy çaldırdı, yenə xeyri olmadı. Gəncəlilər demişkən, “dəəən işi axırı yaxşı görühmür”. O gün saytlardan birində oxuyuram ki, uje konsert başlayıb. Deyir ki, “hərdənbir qırğınımız olur evdə, o da mənim kaprizlərimə görə”.  Elə bu sətirləri yaza-yaza radiodan “Bu nə işdi düşdüm ana” mahnısına qulaq asıram. Amma müğənni elə oxuyur ki.. təxminən belə: ”Ay bu nə işdi düşdüm ana, bu nə pazdı keçdim ana”. Amma bu paz məsələsinin Toppuş bacıya heç bir dəxli yoxdur.

Toppuşun cıqqılı bacısı “Keyxanım da ərə gedir. Amma o biznesmenə. Allah xeyir versin.

O gün eşitdim ki, teleaparıcı Zaur Baxşəliyev hörük uzadacağını deyib. Buna da Allah xeyir versin.

Samir Bağırova şükür deyəcəyimiz günə az qalıb. Samir Bağırov demişkən, Elton Conun Bakı filialının müdiri əsgərlikdən danışıb. Elə bundan sonra deyəsən  ordudakı intihar hallarını sayı artıb.

Yerli “Elton Con” deyib ki, (adama deyərlər ki, yerli xiyar pomidor olar, daha Elton Con yox—İ.V) iki il əsgərlikdə olub. Özü də Bayılda. Hələ bir dəfə hərbdən icazəsiz qaçıb da. Kişi “samavolşik” olub e. Gəlib Alla Puqaçovanın konsertinə. Deyirəm, görəsən Samirin əsgərlikdə bir “koyka”da yatdığı yoldaşı nağayrır?

ANS-də bir qız var idi ha-Umka. Deyəsən əsl adı ya Ümnisədir, ya da Ümbülnisə.

Deyib ki, “babat pul verən olsa, soyunaram”. Jurnalistin də ağlı kəsməyib cavab versin ki, ta sən lütsən də, dərini də soymayacaqsan ki.

Bu həftəlik bu qədər. Ötən dəfəki kimi gələn həftəyə sürpriz-zad söz vermirəm. Çünki sakitçilik olur, mən də qalıram belə.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı