Modern.az

Parlament jurnalistləri deputat Musa Quliyevi necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Musa Quliyevi necə xarakterizə edirlər?

Parlament

13 Aprel 2010, 15:20

st1:*{behavior:url(#ieooui) }

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Musa Quliyev barədə fikirlərini bildiriblər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?  

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “İqtidardakı bəzi həmkarlarından fərqli olaraq, mətbuata açıq olması ilə jurnalistlərin diqqətini cəlb edir, həm də onların rəğbətini qazanır. Səmimi insandır. Ancaq o partiya maraqlarından çıxış etməli olur. Bu da onun daha çox səmimi olmağına maneçilik törədir. O, həmçinin Urud təxəllüsü ilə də tanınır. Həm şair, həm də həkimdir”.

 

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Musa Quliyevi Milli Məclisdə fəal deputat hesab edirəm. Lakin bu fəallığını seçiciləri ilə bağlı deyə bilmərəm. Bu yaxınlarda Gəncədə idim. Seçiciləri ondan narazılıq etdilər. Parlamentin ötən  illərdəki iclaslarının birində Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümünü anarkən Musa Quliyev və Gəncənin digər deputatı Vidadi Məmmədovun ayağa durmaması gəncəlilər tərəfindən də hiddətlə qarşılandı. Mətbuata isə açıq insandır”.

 

“Lent.az” saytının əməkdaşı Pərvin Abbasov: “Musa Quliyev deputat olmaqla yanaşı, həm də Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür. Ancaq mən onu şair və yazıçı kimi deyil, YAP-ın savadlı deputatlarından biri kimi tanıyıram. Şəxsi tanışlığım olmasa da, sakit adam təsiri bağışlayır. Jurnalistlər nə vaxt istəsə, onu danışdıra, müsahibə ala bilirlər”.

 

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov: “Digər həmkarlarından fərqli olaraq enerji ilə işləyir. Mənə elə gəlir ki, seçiciləri qarşısında verdiyi vədləri də intellekt və qanunvericilik baxımından yerinə yetirib. İnsan kimi də çox yaxşı insandır. Musa müəllim bəzilərindən fərqli olaraq çox realist insandır”.

 

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Jurnalistlərin dostudur. Ən fəal deputatlar sırasındadır. Hər zaman da fəallığını qoruyub saxlayıb. Ölkədə gedən proseslərə də münasibtlərini bildirir. Qanunvericilik təşəbbüsü ilə də çıxış edir. Onun siqaret əliyhinə hazırladığı qanun qəbul edilsə, bizə də xeyri dəyər. Siqaretdən canımız qurtarar. Ümumilikdə səmimi və gözəl insandır”.

“Xəbərlər Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Ümumiyyətlə fəal deputatdır. Xüsusi qanunvericilik xəttində özünün müavin olduğu Sosial siyasət komitəsindəki məsələlərlə bağlı aktiv çıxış edir. Bu sahədə olan problemləri hər zaman parlamentdə qaldırır. Bir sıra məsələlərdə öz mövqeyini ortaya qoyur. Musa Quliyev jurnalistlərlə də normal münasibətlər qurmağı bacarıb. Sadəcə onun imicinə zərbə vuran bir hadisə olub. Bu da parlamentdə Məhəmməd Əmin Rəsulzadənin xatirəsi yad edilərkən ayağa durmaması idi. Deyərdim ki, bu, onun fəaliyyətinə kölgə salan bir şey olub”. "

Xalq Cəbhəsi” qəzetinin əməkdaşi Ağa Cəfərli: “Musa müəllim aktiv deputatdır. Sosial məsələlərlə bağlı parlamentdə tez-tez çıxışlar edir. Jurnalistlərlə münasibətdə açıqdır. Səmimi bir deputat təsiri bağışlayıb. Parlamentdə hansısa məsələ ilə bağlı sual verdikdə qaçmır, əksinə həvəslə danışır. Ancaq hərdən onun telefonuna düşmək çətin olur”.

 

“Azərbaycan” qəzetinin əməkdaşı  Rəşad Cəfərov: “Gözəl insandır. Gözəl şairdir. Mən hər zaman hansısa məsələyə Hadi Rəcəbli ilə yanaşı, Musa Quliyevin də münasibətini öyrənirəm. Müəyyən məsələlərdə çox sanballı çıxışlar edir. Onun bu çıxışları da həmişə diqqətlə qarşılanır. Bir sözlə, işinin öhdəsindən gəlməyi bacarır”.

 

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Parlamentdə özünü fəal deputat kimi nümayiş etdirib. Xüsusən social-siyasət sahəsində qanunvericilik təşəbbüsü ilə fəallıq göstərir. Azərbaycanın mental dəyərlərinə zidd olan qanunvericiliyə qarşı çıxan deputatdır. Həmçinin Azərbaycan ailələrində kişilərin hegemon rolunu müdafiə edən deputatdır. Jurnalistlərlə münasibətləri yüksək səviyyədədir. Sosial siyasət komitəsini təmsil etdiyi üçün güman ki, seçicilərinin də problemlərini həll edir”. 

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “İşgüzar deputatdır. Milli Məclisdə öz işinə can yandırdığı hiss olunur. Müxtəlif qanun layihələri ilə, xüsusilə sosial, tibb, vətəndaşların sosail müdafiəsi ilə bağlı müzakirələrdə çıxış edir. Hər zaman diqqətimi çəkən məqam Musa Quliyevin parlamentdə çıxış etməzdən öncə ölkədə gedən proseslərə dair, statistik göstəricilərlə bağlı ümumi mənzərə yaratması və həmkarlarının diqqətini bu sahəyə yönləndirməyə çalışmasıdır. Ancaq onun seçicilərlə necə işləməsi barədə məlumatsızam. Ona görə də bu barədə bir söz deyə bilmərəm. Bu baxımdan deputatı tam xarakterizə etmək mənə çətindir”.

 

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Musa Quliyev ən fəal deputatlardan biridir. Sosial siyasət komitəsində sədr müavini olmaqla həm bu sahədə, həm də səhiyyə sahəsində fəal işlər görür. Bir neçə qanunun müəllifi kimi də yadda qalıb. Siyasətçi kimi gündəmin proseslərinə hər zaman mətbutda münasibət bildirir. Ümumilikdə onun haqqında fikirlərim müsbətdir”.

 

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə: “Həm Sosial siyasət komitəsinin sədr müavini kimi, həm də deputat kimi fəaldır. Hakim partiyanı təmsil edən deputat kimi də parlamentdə fəallıq göstərir. Müxtəlif təkliflər irəli sürür. Az sayda deputat var ki, qanunvericilik təşəbbüsü ilə çıxış edir. Onlardan biri də Musa Quliyevdir. Jurnalistlərlə problemi yoxdur. Onlarla daim səmimi ünsiyyət qurur”.

“Ayna” qəzetinin əməkdaşı Fərəh Əliyeva: “Çox peşəkar millət vəkilidir. Jurnalistlərlə münasibətləri yaxşıdır. Şəxsən mənə müsahibə verməkdən heç zaman imtina etməyib. Tədbirlərə dəvət edəndə hər zaman qəbul edib. Nəinki sosial siyasət məsələlərində, həmçinin həkim kimi peşəkar məsləhətləri ilə bizə kömək edir. Təssüf edirəm ki, hazırda öz ixtisasını davam etdirmir”.

 

“Həftə içi” qəzetinin əməkdaşı Nahid Canbaxışlı: “Aktiv deputatdır. Jurnalistlərlə ünsiyyəti pis deyil. Həm iş sahəsində, həm də digər məsələlərdə ola bilməz ki, münasibətini bildirməsin. Mən onun parlamentdəki fəaliyyətin yüksək qiymətləndirirəm. Ümidvaram ki, bu ilki parlament seçkilərində YAP ona yenidən yer verəcək”.

 

“Modern.az” saytının əməkdaşı Elşad Eyvazlı: “Çox az sayda deputatlardan biridir ki, jurnalistlərlə münasibətdə həmkar kimi davranır. Qanunvericilik prosesində xeyli sayda layihələri keçib. Mənə elə gəlir ki, bir çox deputatdan fərqli olaraq Musa Quliyev mandatından şəxsi mənafeyi üçün istifadə etməyib”.

 

APA-nın əməkdaşı Elbrus Seyfullayev: “Yaxşı deputatdır. Ümumiyyətlə  işgüzar, bacarıqlı, aktiv deputatdır. Jurnalistlərlə münasibətləri normaldır. İstənilən jurnalist istənilən vaxt ondan müsahibə ala bilər. Dəfələrlə onun parlamentdə sosial-siyasət, ailə müansibətləri ilə bağlı çıxışlarının şahidi olmuşam. Sözün əsl mənasında deputatdır”.

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Musa Quliyevə bir insan kimi böyük hörmətim var. Öz işini, öz sahəsini yaxşı bilən, savadlı mütəxəsisslərdəndir. Parlamentdə də işgüzarlığı və fəallığı ilə seçilir. Xüsusilə son dövrlər. Çıxışları zamanı bir sıra vacib məsələ və problemləri qaldırır. Jurnalistlərlə də münasibətləri çox normaldır. Yəni bir insan kimi, millət vəkili kimi səmimi və ünsiyyətcildir. Ona növbəti seçkilərdə də uğurlar arzulayıram”.

 

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Azər Hüseynbala: “Musa Quliyevi parlamentin ən fəal deputatlarından biri hesab edirəm. O, Sosial siyasət komitəsinin sədr müavini kimi sosial yönümlü qanun layihələrinin hazırlanması prosesində olduqca işgüzar fəaliyyət göstərir. Musa Quliyev Milli Məclisin iclaslarında digər məsələlərin müzakirəsi zamanı da aktivliyi ilə seçilir. Onun jurnalistlərlə hər hansı probleminin olduğunu zənn etmirəm. Müşahidələrimə görə, o özü də KİV nümayəndələri ilə münasibətlərdə xəsislik etmir.  Musa müəllim Gəncədən deputat seçilib. Onun öz seçiciləri ilə münasibətləri haqda isə məlumatım yoxdur”.

 

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev : “Aktiv deputatlardan biridir. Əksər həmkarlarından fərqli olaraq qanunvericilik təşəbbüsü ilə dəfələrlə çıxış edib. Jurnalistlərlə münasibətləri normaldır. Hər zaman ondan münasibət öyrənmək istədikdə fikirlərin bildirir. Son zamanlar onun ictimai yerlərdə siqaret çəkilməsinin qadağan olunması ilə bağlı qanun layihəsi böyük maraq doğurub. İstərdim Musa Quliyev kimi deputatlarımızın sayı çox olsun”.

Günay MUSAYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi