Modern.az

Tarixə düşmüş EDAM növləri: Avropada saxta pul kəsənləri qazanda qaynadırmışlar

Tarixə düşmüş EDAM növləri: Avropada saxta pul kəsənləri qazanda qaynadırmışlar

7 Avqust 2013, 15:40

Edam hökmü ləğv olunmamışdan əvvəl müxtəlif ölüm vasitələrindən istifadə olunurdu. Bu hər bir ölkədə fərqli şəkildə tətbiq olunurdu. Modern.az saytı həmin üsulları təqdim edir.

Fillə tapdalama- Bu üsuldan əsasən, Hindistan və ona qonşu olan ölkələrdə istifafə olunub. Edam zamanı məhkum yerə yerə uzadılaraq əli və ayağı bağlanır, üstündən fillər keçirilirdi.. Bu üsul ölümlə yanaşı, işgəncə üçün də istifadə olunurdu.   Ata qoşub dartmaq- Cəzalandırılan şəxsin əl və ayaqlarını 4 ata qoşub hər atı bir istiqamətdə sürürdülər. Xüsusi ağır cinayətlər zamanı bu üsuldan istifadə olunurdu. Bu üsul Asiya ərazisində, xüsusilə qədim Hindistanda fillər vasitəsi ilə yerinə yetirilirdi. Metoddan ölümlə yanaşı, işgəncə üçün də istifadə olunurdu.

Suda boğma- Bunun üçün məhkumun əl-qolunu bağlayıb suya atırdılar. Bu üsull Azərbaycanda 19-cu əsrdə rus zülmünə üsyan edənlərə qarşı geniç tətbiq edilib.

Çarmıxa çəkmə- Çarmıxa çəkmə cəzalandırılan şəxsi müəyyən vasitələrlə T şəkilli çarmıxa bağladıqdan sonra ayaq və qol əzələlərini dartmaqla tətbiq olunan edam üsulu olub. Bu üsul ilk dəfə quldarlıq Avropasında tətbiq olunub və məhkumun əzabla ölməsinə hesablanıb.

Şaqqalama- Bu üsul insanı insanı qılınc, balta və s. Vasitəsi ilə bir neçə yerə parçalamaqla həyata keçirilib. Qədim Şərqdə bu cəza ağır cinayət törədənlərin cəzalandırılması zamanı istifadə olunub. Bu səhnə azərbaycanlı tamaşaçıya “ Babək” filmindən tanışdır.

Xalça- Edam zamanı məhkum xalçay bükülür, daha sonra süvari dəstəsi nizamsız şəkildə xalçanın üstendən keçirdi. Çingiz xanın dövründə tətbiq olunan bu edam forması yalnız zadəgan ailələrinə nəsib olurdu.

Baş yarma- Qədim Amazonlarda, Ekvatorial Afrika və Polineziyada bu edam metodundan istifadə olunurdu. Cəzalanacaq şəxsin başı qılıncla iki hissəyə bölünürdü. O bir neçə dəqiqə ərzində dünyasını dəyişirdi.

Qarın kəsmə-Bu metod ilk dəfə qədim Roma və Yunanıstanda istifadə olunub, Yaponiyada isə hara-kiri adlanırdı.

Şallaqlama- Əsasən, işgəncə və bədən cəzası üçün istifadə olunan bu üsul ölüm hökmünün icrasında da tətbiq olunurdu.. Çox vaxt məhkum 40 şallaq vurulduqdan sonra ölürdü. Rusiyada ilk dəfə şallaq kimi göndən hazırlanan qamçıdan isrtifadə olunurdu.

Dəri soyma- Bu növ edam zamanı insanın dərisi başdan-ayağa diri-diri soyulurdu. Bu metodla böyük Azərbaycan şairi Nəsimini edam ediblər. Əfqanlar da bu üsuldan sovet əsgərlərinə qarşı istifadfə ediblər. Bunun üçün əsirin əl-qolunu bağlaayıb yüksək dozada narkotk vurur, dərisini soyurdular. Narkotikin təsiri getdikdən sonra isə insan ağrı şokundan ölürdü.

Qaynatma- Cəzalandırılan şəxs əl-qolu bağlanaraq böyük qaynar qazana salınır. Cəza üçün su və bitki yağından istifadə olunurdu. Bu üsulla orta əsrlər Avropasında saxta pul kəsənlər cəzalandırılırdı.

Ərimiş metal- Bu üsul əsasən, Cənubi Amerikada tətbiq ediib. Bu yolla adam öldürmək üçün onunn üstünə ərinmiş metal tökürdülər.

Bu gün dünyanın bir çox ölkəsində asma, güllələmə, zəhərli iynə və elektrik stulu geniş tətbiq edilir. 10 fevral 1998-ci ildə Azərbaycan daha bir yeniliyə imza atdı: Ölkəmiz ölüm hhökmünü ləğv edən ilk Şərq dövləti olub.

 

Ulduz İBRAHİMOVA

 

 

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi