Arxiv
23 Sentyabr 2009, 17:39 | MEDİA
Hansı qəzetin öz ofisi var?

Azərbaycanda Kütləvi İnformasiya Vasitələri üçün əsas problemlərdən biri ofis məsəlsəsidir. Üzdə olan qəzetlərin əksəriyyəti müxtəlif ünvanlarda icarə əsasında fəaliyyət göstərir. Ofis məsələsi qəzetlərin əzəli probleminə çevrilib.
«Xalq Cəbhəsi» qəzetindən Modern.az-a bildirilib ki, digər KİV-lərdən fərqli olaraq bu mətbuat  orqanının özünün ofisi var. Ən əsas problemi həll etdiyinə görə «Xalq cəbhəsi»ni xoşbəxt saymaq olar. Qəzet Yasamal bazarına yaxın ərazidə yerləşən ofisə bir müddət öncə köçüb.
«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun sözlərinə görə, hazırda fəaliyyət göstərdikləri ofis onların özlərinindir. 
«525-ci qəzet»in isə özəl ofisi yoxdur. Qəzet TərcüməMərkəzinin binasında kirayə otaqlarda fəaliyyət göstərir.
«Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı şəxi ofisə sahib olmadıqlarını bildirib. Ofis almaq barədə daim düşündüklərini deyən E.Şıxlının sözlərinə görə, hazırki vəziyyətdə bu istəyi reallaşdırmaq mümkün deyil. 
«Ədalət» qəzeti də özəl ofisi olmayan gündəlik nəşrlər sırasına daxildir. Baş redaktor İradə Tuncayın sözlərinə görə, uzun illərdir «Azərbaycan» Nəşriyyatında icarədardırlar. Baş redaktor bildirib ki, maddi imkanları o gücdə deyil ki, yaxın gələcəkdə özəl ofis ala bilsinlər.
«Şərq» qəzeti də «Azərbaycan» Nəşriyyatında icarə əsasında fəaliyyət göstərən azsaylı gündəlik nəşrlərdən biridir. 
«Bakı xəbər»in baş redaktoru Aydın Quliyev deyib ki, onlar da  «Azərbaycan» Nəşriyyatından icarədardırlar: “Əlimizə düşən ilk fürsətdə ofis almağa çalışacağıq”.
«Gündəlik Bakı»nın təsisçisi və baş redaktoru Habil Vəliyev metronun «Elmlər Akademiyası» stansiyasına yaxın ərazidə özəl ofisə malik olduqlarını deyib.
«Həftə içi» qəzetinin isə şəxsi ofisi yoxdur.

  Aqil LƏTİFOV    
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00 Azercell-in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb 18 Aprel 2019, 17:51 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı 18 Aprel 2019, 17:42 Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb 18 Aprel 2019, 17:37 Manatın məzənnəsi dəyişir? 18 Aprel 2019, 17:33 Deputat seçiciləri ilə görüşdü 18 Aprel 2019, 17:32