23 mart 2019, Şənbə
Ana Səhifə - - Məşədi İbadın hambalı hansı tanınmış aktrisa ilə sevgiliymiş – ARAŞDIRMA
Məşədi İbadın hambalı hansı tanınmış aktrisa ilə sevgiliymiş – ARAŞDIRMA
12.08.2013, 11:19

Onun haqqında mətbuatda demək olar ki, çox az məlumata rast gəlinir. Nadir aktyorlardandır ki, çəkildiyi bircə filmlə bu gün də xatırlanır. Hətta bir çoxları onun oynadığı rolun gerçək peşəsi olduğunu düşünürlər.  Elə “Məşədi, bə mənim bir abbasım hara getdi” deyimini xatırlamaq kifayətdir dediklərimi isbatlamaq üçün. Heç şübhəsiz ki, Modern.az-ın bu yazısında söhbət “O olmasın, bu olsun” filmindən Məşədi İbadın hambalı kimi tanıdığımız aktyor Əhməd Ruminskidən gedir.

 

Əvvəla onu qeyd edim ki, bu aktyorun bir adı olsa da, soyadına ayrı-ayrı mənbələrdə müxtəlif cür rast gəlinir: “Ruminski”, “Əhmədov” və “Anatollu”.

Əhməd Məmmədqulu oğlu Əhmədov 1902-ci ilin avqustunda Bakıda, "Həmişəri palanı" deyilən məhəllədə tacir ailəsində anadan olub. Ailəsi XIX əsrin ikinci yarısında Cənubi Azərbaycandan Bakıya mühacirət etmişdi. Atası Məmmədqulu kişi İranda anadan olmuşdu və oğlunu axund görmək istəyirdi. Elə buna görə də balaca Əhməd dövrün tələblərinə uyğun olaraq, mollaxanada təhsil alır. Hər halda aktyor haqda araşdırma apararkən rast gəldiyimiz azsaylı bilgilər bundan ibarətdir. Araşdırmamızın sonrakı bölümündə isə aktyorun hansı azərbaycanlı aktrisa ilə yaxın münasibətdə olduğu haqda oxuyacaqsınız. Hələlik isə davam edək…

Təhsilini mədrəsədə davam etdirən Əhməd ərəb və fars dillərini gözəl bildiyinə, öz yaşıdlarından zehni və çalışqanlığı ilə seçildiyinə görə axundlar onu Nəcəfil-Əşrəf şəhərinə göndərməyi qərara alırlar. Amma atası bu təklifə razı olmur. Çünki Əhməd Nəcəfil-Əşrəfə gedəcəyi halda ən azı 20-30 il ailəsindən kənar qalmalıydı.

Quranı əzbərdən bilən, gözəl hafizəsi və məlahətli səsi olan Əhməd məhərrəmlikdə şəbih deyər, qəsidələr oxuyarmış. Əsrin ortalarına doğru bu mərasimlər xalq teatrları ilə əvəz olunur və istedadlı gənc "kos-kosa", "qodu-qodu" kimi məhəlli oyunlarda özünə pərəstişkarlar qazanır. Tənqid-Təbliğ Teatrı isə Əhmədin həyatında dönüş yaradır. Bu dövrdə onun ikinci qabiliyyəti üzə çıxır. Əhməd qələmini işə salaraq böyük poemalar, qəzəllər yazmağa başlayır. Tezliklə "Səadət uğrunda", "Seyran", "Qana qan" əsərləri Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulur. “Rumlu” təxəllüsü ilə yazdığı qəzəllər İranın məşhur xanəndəsi Mustafa Payanın repertuarının əsasını təşkil edirmiş. Deyilənə görə, aktyorun 5000-dən çox qəzəli mövcuddur. Amma onlardan demək olar ki, heç biri haqda məlumat yoxdur.

Əhməd Ruminski “O olmasın, bu olsun”dan başqa daha beş filmə çəkilsə də, heç bir rolu hambal qədər uğurlu olmayıb. Elə 1956-cı ildə oynadığı hambal rolundan sonra ona ard-arda təkliflər gəlir və ilk olaraq 1957-ci ildə “Bir məhəllədən iki nəfər”, 1958-ci ildə “Kazbek qutusu”, yenə də 1958-ci ildə “Kölgələr sürünür”, 1960-cı ildə “Səhər”, 1961-ci ildə isə “Bizim küçə” bədii filmlərində rol alır. Amma bir daha qeyd edim ki, sözügedən filmlərdən heç birində oynadığı rol hambalı unutdura bilmir. Bəs, Ruminski necə “hambal” olmuşdu? Deyilənə görə, hambal roluna onu Əliağa Ağayev məsləhət görüb. Hüseyn Seyidzadə bir neçə aktyoru sınayıb, bəyənməyibmiş. Günlərin birində Əliağa Ağayev deyir ki, “bizim teatrda bir istedadlı aktyor var. Bəlkə onu sınayasınız”. Bu o anlama gəlir ki, həmin vaxta qədər Ruminski cəmiyyətdə, eləcə də rejissorlar arasında elə də populyar deyilmiş. Əhməd Ruminskini görən Hüseyn Seyidzadə elə ilk baxışdaca onu bəyənir və rola təsdiq edir.

Əhməd Ruminski ilə bağlı başqa bir fikirdə isə deyilir ki, o əsl epizod aktyoru imiş. Yəni aktyorun uzun illər çalışdığı Gənc Tamaşaçılar Teatrında da baş rolu demək olar ki, olmayıb.

Yalnız “Hacı Qəmbər” tamaşasında Cəbi rolunu oynayıb. Maraq üçün deyim ki, bu tamaşada Əhməd Ruminskinin tərəf müqabili “Xoruz baba” kimi tanıdığımız Hüseynağa Sadıxov imiş. Əhməd Ruminskinin Azərbaycan kinosu üçün bəlkə də ikinci ən böyük xidməti əfsanəvi Lütfəli Abdullayevlə bağlıdır ki, bu faktdan da çoxları xəbərsizdir. Həmin illərdə aktyorlar rayonlara qastrollara gedirmişlər və bu səfərlərin birində Ruminski gənc Lütfəlini görür, istedadını bəyənir. O vaxtacan Abdullayevin teatra böyük marağı olsa da, özünü təsdiqləyə bilmirmiş. Bu arada qeyd edim ki, Ruminski Lütfəli Abdullayevdən 12 yaş böyük olub. Məhz onun məsləhəti ilə gənc Lütfəli Bakıya, tanınmış teatr xadimlərindən sənətin sirlərini öyrənməyə gəlir. Hətta sonradan onlar 1938-ci ildə ilk Azərbaycan incəsənəti dekadasında iştirak etmək üçün Moskvaya gedirlər. 

Xalq artisti Tariyel Qasımov deyir ki, Əhməd Ruminski ilə ilk tanışlığı 1958-ci ildə olub: “Onunla ilk tanışlığım 1958-ci ilə təsadüf edir. Gənc Tamaşaçılar Teatrında Həsən Seyidbəylinin “İmtahan” pyesi səhnələşdirilirdi. O vaxt mən İdman İnstitutunda oxuyurdum. Xalq teatrında “Romeo və Culyetta” tamaşası qoyulur və qılınc təlimi müəllimi lazımdır. Mən də institutda qılınc təlimi görmüşdüm. Həm də eyni zamanda Lütfi Məmmədbəyovun dərnəyinə getdiyim üçün o mənim haqqımda bilirdi.  Həsən Seyidbəyliyə dedi ki, belə bir həvəskar var. Məhz o gün bizim Ruminski ilə ilk tanışlığımız oldu”.

Tariyel Qasımov da təsdiq edir ki, Əhməd Ruminski epizod aktyoru olub və bu epizodları da çox böyük məharətlə ifa edib. Aktyor o qədər də cüssəli olmasa da, boyu çox hündür imiş.

Hətta “O olmasın, bu olsun” filmindəki ayrı-ayrı kadrlara baxanda da bunu sezmək olur.   Əhməd Ruminskini həm də gözəl ailə başçısı kimi xarakterizə edirlər:
“O həyatda çox ciddi adam olub. İki oğlu var idi. Deyilənə görə, ailədə də çox ciddi olub. İndi onun övladları Bakıda yaşayırlar. Zarafatı sevən deyildi, baxmayaraq ki, komediya oynayırdı. Özü də hambal rolundan sonra onu bütün ölkə tanıdı, şöhrət qazandı. Amma davranışlarında zərrə qədər də dəyişiklik olmadı”.

Əhməd Ruminski dünyasını dəyişəndə 70 yaşı olsa da, heç vaxt fəxri ad almayıb.Yalnız natamam orta təhsili olan bu aktyor öz tay-tuşları olan Əliağa Ağayev, Ağadadaş. Qurbanov, Hüseynağa Sadıxov kimi sənətkarlarla dostluq edirmiş. Amma dostluq etməklərinə rəğmən onlar da Ruminski ilə zarafat eləməyə cəsarət etmirmişlər. Aktyorun qəribə səs tembri olub. Elə filmdəki səs onun özünündür. El dili ilə desək, azacıq burnunda danışmağı varmış. Əhməd Ruminskinin maddi durumu o qədər də yüksək olmayıb. Bakının “Sovetski” məhəlləsində yaşayan aktyor işə piyada gəlib-gedirmiş.

Aktyorun başqa bir özəlliyi isə ünsiyyətə qapalı olması imiş. Yəni çox nadir hallarda kiminləsə söhbət edər, ünsiyyət qurarmış.

Ona görə də teatrda işlədiyi uzun illər ərzində heç kimlə intriqası olmayıb. Yaşı çatanda təqaüdə çıxan Ruminskiyə tez-tez dostları Əlzaman Qasımov, Əlməmməd Atayev, Əliağa Ağayev baş çəkirmişlər. Amma ondan sonra özü bir dəfə də olsun bu teatra gəlməyib. Ruminski pis vərdişlərdən də uzaq olub. Tariyel Qasımov: “Düzdür, cansız adam idi, ilk baxışdan adama elə gəlirdi ki, siqaret də çəkir, araq da içir. Amma nə araq içib, nə də siqaret çəkib”.

Əhməd Ruminskinin şəxsi həyatı ilə bağlı da maraqlı məlumatlar var. Həmin dövrdə Gənc Tamaşaçılar Teatrında bütün qadın baş rollarını Firəngiz Şərifova oynayırmış. Eyni kollektivdə çalışan Firəngiz Şərifova ilə Əhməd Ruminski arasında uzun müddət davam edən dostluq münasibətləri sevgi əlaqələrinə çevrilib. Amma maraqlıdır ki, Ruminski Şərifovadan nə az, nə çox düz 22 yaş böyük idi.

İstənilən halda bu bir ehtimaldır. Yəni bir-birlərini sevdiklərinə görə, onları heç kim qınaya bilməz. Ən azından onların biri dünyasını dəyişib, digərinin isə indi 89 yaşı var.

Mahir epizod aktyoru kimi Azərbaycan kino və teatr tarixində qalan Əhməd Ruminski 1982-ci ildə dünyasını dəyişib.



 

İntiqam Valehoğlu      
 
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Ədilə
12.08.2013, 21:57

Sözüm bu modern .az saytının və bu məqalənin müxbiri İntiqam Valehoğlunadı.İlk öncə özümü təqdim edim.Ədilə Ayaz-Əhməd Əhmədovun nəticəsi.Nəzərinizə çatdırım ki, əlimdə Əhməd Əhmədova aid bütün arxivlərdən toplanan materiallar var. Məqalənizdə olduqca çox təhriflərə yol vermisiz.Məlumatlarınızı nəyə istinadən vermisiz mənşəyi bəlli deyil.Ona görə bu məqaləyə duzəliş etməyinizi bildirirəm.Lazımdısa nələrə düzəliş olunmalıdısa deyə bilərəm.

tomiti nigarzu
13.08.2013, 01:37

Deyirlər ki,hər bir insanın ay kimi heç kəsə görünməyən gizli.qaranlıq cəhəti var.bu baxımdan gedənə rəhmət.yaşlı aktrisaya isə salamatlıq arzulayıram

İntiqam Valehoğlu
14.08.2013, 18:15

Buyurun Ədilə xanım. Redaksiyamızla əlaqə saxlaya bilərsiniz

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü
23.03.2019, 00:12

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı
22.03.2019, 23:57

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO
22.03.2019, 23:41

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı
22.03.2019, 23:23

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq
22.03.2019, 23:11

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq

Xınalıq yolunda hərəkət bərpa olundu
22.03.2019, 22:54

Xınalıq yolunda hərəkət bərpa olundu

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı
22.03.2019, 22:35

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi
22.03.2019, 22:19

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi

Fransada etirazçılar güllələnə bilər
22.03.2019, 22:01

Fransada etirazçılar güllələnə bilər

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü
22.03.2019, 21:44

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü

Ayfon istifadəçiləri üçün yenilik
22.03.2019, 21:26

Ayfon istifadəçiləri üçün yenilik

Turistləri daşıyan avtobus yandı
22.03.2019, 21:11

Turistləri daşıyan avtobus yandı

ABŞ-dan İrana qarşı yeni sanksiyalar
22.03.2019, 20:53

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR
22.03.2019, 20:46

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO
22.03.2019, 20:38

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ
22.03.2019, 20:28

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu
22.03.2019, 20:16

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu    
22.03.2019, 20:15

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu  

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI
22.03.2019, 20:00

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI

İran XİN başçısı Türkiyəyə getdi
22.03.2019, 17:29

İran XİN başçısı Türkiyəyə getdi

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22.03.2019, 16:59

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Axtarışda olan şəxs saxlanıldı
22.03.2019, 16:01

Axtarışda olan şəxs saxlanıldı

Balakən sakininin evindən silah və narkotik tapıldı
22.03.2019, 15:26

Balakən sakininin evindən silah və narkotik tapıldı

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı
22.03.2019, 15:00

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı

Azercell əmək sərgisində
22.03.2019, 14:48

Azercell əmək sərgisində

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22.03.2019, 14:12

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi

Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

I qrup əlillərə Prezident təqaüdü veriləcək
22.03.2019, 13:19

I qrup əlillərə Prezident təqaüdü veriləcək

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22.03.2019, 13:16

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22.03.2019, 12:59

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22.03.2019, 12:54

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22.03.2019, 12:16

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib
22.03.2019, 12:13

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...
22.03.2019, 12:03

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22.03.2019, 11:34

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22.03.2019, 11:11

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22.03.2019, 10:54

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı
22.03.2019, 10:16

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı

Deputat Novruz Aslanov doğum gününü qeyd edir   
22.03.2019, 10:16

Deputat Novruz Aslanov doğum gününü qeyd edir  

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü
22.03.2019, 10:07

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi
22.03.2019, 10:03

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR
22.03.2019, 09:44

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR

Qarabağ cəbhəsində şiddətli atışma oldu
22.03.2019, 09:41

Qarabağ cəbhəsində şiddətli atışma oldu

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB
22.03.2019, 01:53

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB
21.03.2019, 23:41

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB

NATO-nun baş katibi Gürcüstana gəlir
21.03.2019, 23:24

NATO-nun baş katibi Gürcüstana gəlir

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi
21.03.2019, 23:01

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb
21.03.2019, 22:43

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər
21.03.2019, 22:30

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər

Ziya Məmmədov villasını satışa çıxardı
21.03.2019, 22:14

Ziya Məmmədov villasını satışa çıxardı

ARXİV