Modern.az

İcra başçısı Bakıda məskunlaşan köşkünləri dinləyib

İcra başçısı Bakıda məskunlaşan köşkünləri dinləyib

12 Avqust 2013, 16:51

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev avqustun 12-də Bakının Binəqədi, Nəsimi və Nərimanov rayonlarında məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlərlə növbəti səyyar qəbul keçirib

Görüş  Binəqədi, Nəsimi və Nərimanov rayonlarında məcburi köçkünlərin sıx məskunlaşdığı ərazidə keçirilib. İcra Hakimiyyətindən verilən məlumata görə, görüşdə 700 nəfər iştirak edib. Qəbulda çıxış edən Alı Alıyev bildirib ki, bu tipli görüşlər mütamadi olaraq keçiriləcək. Tədbirdə sakinlərlə yerində görüşülməsinin əhəmiyyətindən və faydalarından danışılıb. Səyyar qəbul zamanı Binəqədi, Nəsimi və Nərimanov rayonlarında məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərin müraciətləri dinlənilib. Rayon sakinləri tərəfindən qaldırılan məslələrin əksəriyyəti icra başçısının göstərişi ilə yerindəcə həll edilib, digər qaldırılmış məsələlər həll edilməsi üçün nəzarətə götürülüb. Daha sonra icra başçısı rayon ərazisində görülmüş işlər, qarşıda duran vəzifələr barədə məlumat verib. Görüşün sonunda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi