Arxiv
14 Aprel 2010, 14:50 | PARLAMENT
Oqtay Əsədov Mövlud Çavuşoğlu ilə görüşüb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu aprelin 14-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Oqtay Əsədov qonağı AŞPA-nın sədri seçilməsi münasibətilə təbrik edib, ona bu şərəfli işində uğurlar arzulayıb.
Milli Məclisin sədri deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası ilə sıx əməkdaşlıq edir. “Avropa Şurasına üzv olduqdan sonra ölkəmizdə Avropa dəyərlərinin mənimsənilməsi, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər sahələrdə  çox böyük işlər görülmüş, müsbət nəticələr əldə edilib. Biz inanırıq ki, türk vətəndaşının belə bir nüfuzlu beynəlxalq təşkilata rəhbər seçilməsi əlaqələrimizin daha da genişlənməsinə təkan verəcək”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Oqtay Əsədov deyib ki, BMT Təhlükəsizlik Şurası, Avropa Şuası, münaqişəsinin həlli ilə birbaşa məşğul olan ATƏT bu problemlə bağlı çox mühüm qətnamə və qərarlar qəbul edib. Lakin təəssüflər olsun ki, təcavüzkar Ermənistan beynəlxalq birliyə meydan oxumaqda davam edir və həmin qətnamələri yerinə yetirməkdən boyun qaçırır. Milli Məclisin sədri Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atacağına ümidvar olduğunu bildirib.

Mövlud Çavuşoğlu AŞPA-nın sədri seçildikdən sonra ilk təbriklərini qardaş Azərbaycan Prezidentindən, Milli Məclis sədrindən və buradakı dostlarından almasından qürur duyduğunu vurğulayıb və buna görə minnətdarlıq edib. O deyib ki, Azərbaycanın Avropa Şurasına üzv olması bu ölkənin Avropa dəyərlərinə verdiyi böyük önəmdən irəli gəlir. Avropa Şurası bunu yüksək qiymətləndirir və əməkdaşlığımızın daha da genişlənməsi üçün əlindən gələni edəcək.
M.Çavuşoğlu deyib ki, təşkilata rəhbərliyi dövründə ikili standartların ləğvinə çalışacaq. AŞPA sədri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm işlər görüləcəyinə və önəmli nəticələrin əldə oliuunacağına ümidvar olduğunu bildirib.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə ittiham olunan  icra başçısının müavini AÇIQLAMA YAYDI 21 Aprel 2019, 00:08 Sumqayıtdakı davada 2 nəfər xəsarət alıb 20 Aprel 2019, 23:38 “Akif Çovdarova 3 milyon manat verə biləcəyimi söylədim” - Tağı Əhmədov 20 Aprel 2019, 23:37 Bu ölkədə 1 milyon işçi axtarılır 20 Aprel 2019, 23:14  “Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər 20 Aprel 2019, 22:57 Moskva xatirələri - VI HİSSƏ 20 Aprel 2019, 22:55 Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı 20 Aprel 2019, 22:39 Məni həmişə ən çox inandığım adamlar aldadıb  - YAZIÇI 20 Aprel 2019, 22:32 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53