Modern.az

Dünyanın saqqallı qadınları - FOTOLAR

 Dünyanın saqqallı qadınları - FOTOLAR

13 Avqust 2013, 16:52

Nə qədər qəribə olsa da, Yer üzündə təkcə saqqalı kişilər deyil, saqqalı qadınlar da var. Modern.az zərif cinsin bu nadir nümayəndələrini tanıdır.


1.Anni Cons tarixin ən uzun saqqallı qadınlarından biri olub. Hələ 19 yaşında ikən onun bədənini tük basır. 21 yaşında(1881-ci ildə) ailə həyatı qurur. Bu evlilikdən bir övladı olur. Amma uşaq çox gənc yaşında vəfat edir. Özü isə 1902-ci ildə vərəm xəstəliyindən dünyasını dəyişir.

 

2. Culia Postrana "planetin ən qorxulu qadını", "Ayı Qadın" adı ilə məşhur olub. O, 1832-ci ildə Meksikada doğulub. 1860-cı ildə Moskvaya səfəri zamanı ilk uşağı dünyaya gəlib və uşaq da hədsiz tüklü olub. Onların hər ikisi doğumdan iki gün sonra ölüblər.

 

3. Madam Sidoniya De Barçi 1 may 1866-cı ildə Budapeştdə doğulub. 19 yaşına qədər saqqalları olmayan qadının oğlu dünyaya gətirdikdən 12 gün sonra saqqalları çıxmağa başlayıb. Dünyanın tək saqqallı anası olaraq təxminən 400 dollar qazanmağa başlayır. 1912-ci ildə yoldaşı xəstəlikdən vəfat edir. Təkrar evlənən qadını bir müddət sonra əri tərk edir. Barçi diabet xəstəliyindən 19 oktyabr 1925-ci ildə vəfat edir.

 

4. Frensis Mörfi 1910-cu ildə doğulub. O, amerikalı transseksual idi və qadın olmaq onun üçün çətin idi. Cəmiyyət içində qadın paltarları geymək üçün məhkəmədən icazə almışdı. O, həmin dövrlərdə sirkdə çalışırdı.

 

5. Qreys Cilbert 2 fevral 1876-ci il tarixdə Ohayoda doğulub. Doğulduğunda incə tükləri vardı, lakin bir neçə il içində saqqalları çıxdı. 1901-ci ildə imzaladığı müqavilə əsasında professional saqqallı qadınlar arasına qatıldı. Şəxsi həyatında davamlı şalvar geyib qadınlar yerinə kişilər ilə yoldaşlıq edirdi. 1910-cu ildə 53 yaşında bir kişi ilə ailə həyatı qurub. Belə ki, nikah məmuru toy əsnasında Qreysi bəy, ərini isə gəlin hesab edib. 1924-cü ildə bu qadın naməlum bir şəkildə ölüb.

 

6. Adel Kis 1884-cü ildə saqqallı olaraq dünyaya gəlir. Evlənən və sirkdə işləyən Adelenin saqqallarını bir gün yatarkən əri kəsir. Bu hadisədən götürdüyü təzminat ilə Budapeştə dönən Adel 1934-cü ilin yanvar ayında burada öldü.

 

7. Gənclik illərində özünə xas gözəlliyi olan Kristin gənc yaşlarında ailə həyatı qurur. Oğlu doğulduqdan sonra çənəsində tüklər çıxmağa başlayır. Taraş olduqca bu tüklər saqqala çevrilirdi. Saqqalından xilas olmaq üçün minlərlə dollar xərclədi, lakin müvəffəqiyyətsiz oldu. Əri ağır xəstələnir və iş qabiliyyətini itirir. Xəstəlikdə özünü günahkar hesab edən Kristin oğlunu və yoldaşını tərk edərək karnaval şoularına qatılmağa başlayır. Kifayət qədər pul yığdıqdan sonra müalicə vasitəsilə saqqalarından xilas ola bilib.

 

8. Persilla Bexano Puerto-Riko doğumludur. Xoşbəxt həyat sürüb, uzun müddət şoularda meymun qadın rolunu ifa edib. Yaxşı oxuyur və rəqs edirdi. Həyat yoldaşı "timsah dərili insan" ləqəbli biri idi. İlk dəfə 1995-ci ildə ərinin vəfatından sonra taraş olunub. Həyatsevər qadın isə yuxu zamanı rəhmətə gedib.

 

  Ulduz İBRAHİMOVA    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir