Modern.az

Erməni piratlığına dair internet saytı yaradılacaq

Erməni piratlığına dair internet saytı yaradılacaq

14 Aprel 2010, 17:32

“Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi “Azərbaycanın qeyri-maddi mülkiyyətinin erməni işğalına məruz qalması faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması” adlı layihəyə start verib.

Təşkilatın bununla bağlı yaydığı açıqlamada bildirilib: “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi uzunmüddətli işğalçılıq siyasəti təkcə ərazi iddiaları ilə məhdudlaşmayıb, düşmən həm də daim xalqımıza məxsus qeyri-maddi mülkiyyətə - mədəni irsimizə, milli - mənəvi dəyərlərimizə göz dikib. Cənubi Qafqaza gəlmə xalq olan ermənilər özlərinə mədəniyyət yaratmaq üçün müxtəlif vaxtlarda coğrafi yer adlarımızı, adam adlarımızı, dastan, bayatı, atalar sözlərimizi, nağıl və lətifələrimizi, aşıq yaradıcılığımızı, musiqi, mahnı və rəqslərimizi, adət-ənənələrimizi mənimsəyib, xalçalarımızı və onların naxışlarını, mətbəx reseptlərimizi və xörəklərimizin adlarını, abidələrimizi özününküləşdirməyə çalışıblar”.

“Əqli Mülkiyyətçilər Kömək” İB bildirib ki, xalqımıza məxsus əqli mülkiyyətin işğalı, azərbaycanlıların müəllif hüquqlarına təcavüz Ermənistan – Azərbaycan münaqişəsində düşmənin əsas planlarından biri olub. “Birbaşa intellektual piratçılıq metodları ilə Azərbaycanın qeyri-maddi mədəni irsinə məxsus nümunələr erməni mədəni mülkiyyəti adı altında dünyaya yayılır. Bütün bunlara qarşı geniş cəbhədə mübarizə aparmaq və erməni plagiatlığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olduqca vacib məsələsir. Bu iş təkcə dövlət qurumlarımızın üzərinə düşməməli, vətəndaş cəmiyyətinin qurucuları da fəal olmalıdırlar.”,-deyə təşkilat bəyan edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə çərçivəsində erməni oğurluqlarına dair faktlar tolanaraq ingilis dilinə tərcümə olnacaq və onların beynəlxalq aləmə çatdırılması üçün Azərbaycan və ingilis dillərində internet saytı yaradılacaq.

Layihənin məqsədi ədalətli rəqabətin düşmənləri olan ermənilərin plagiatlığı və saxtakarlığına qarşı mübarizə aparmaq, əqli mülkiyyətimizə olunan təcavüz barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır: “Əqli mülkiyyətin qorunması milli mədəni irsin, milli özünəməxsusluğun və adət-ənənələrin yaşadılmasının mühüm şərtlərindən biridir. Ona görə də, bu istiqamətdə gedən informasiya müharibəsində hücum mövqeynidə çıxış etməliyik”. Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir