Modern.az

BMT Təhlükəsizlik Şurası Misirlə bağlı bəyanat verdi

BMT Təhlükəsizlik Şurası Misirlə bağlı bəyanat verdi

16 Avqust 2013, 09:41

Birləşmiş Millətlər Təşkilatı  Təhlükəsizlik Şurası Misirdəki qırğına həsr olunmuş qapalı toplantı keçirib.

İşveçli diplomat, BMT baş katibinin müavini Yan Eliassonun məruzəsini dinləyən şura üzvləri tərəfləri dincliyə və kompromislərə səsləyən bəyanat qəbul ediblər. 

Misir Səhiyyə Nazirliyinin yeni rəsmi açıqlamasına görə, 14 avqust qırğınında 638 nəfər həlak olub.

Misir ordusu iyulun 3-də prezident Məhəmməd Mursini devirərək hakimiyyəti ələ alıb, konstitusiyanın qüvvədən düşməsinə qərar verib. Konstitusiya Məhkəməsinin sədri Ədli Mənsur dövlət başçısı səlahiyyətləri əldə edib. Onun qarşısında yeni konstitusiya qəbul etmək, parlament, prezident seçkiləri keçirmək öhdəliyi qoyulub. Bu qərarla razılaşmayan Məhəmməd Mursi tərəfdarları ötən aydan paytaxt Qahirənin iki meydanında oturaq aksiya keçirirdi. Avqustun 14-də aksiyalar güc yolu ilə dağıdılıb. Başqa bölgələrdə də qanlı toqquşmalar baş verib. Ölkədə fövqəladə vəziyyət və komendant saatı (axşam saat 7-dən səhər saat 6-dək küçəyə çıxmaq yasağı) tətbiq olunub, amma qırğın avqustun 15-də də davam edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir