Modern.az

Musiqinin gizli müalicəvi hikmətləri və sirləri

 Musiqinin gizli müalicəvi hikmətləri və sirləri

16 Avqust 2013, 17:13

I yazı-  Muğamlar, xəstəliklər, sirlər

İnsan anadan olduğu andan etibarən həyatının hər mərhələsində musiqi ilə iç-içə olmuş, əsrlər boyu musiqini həm mənəvi, həm də maddi məqsədlərdən dolayı istifadə edib. Sevinc, kədər, qəhrəmanlıq, qorxu, cəsarət, ümid, ümidsizlik və başqa duyğularını musiqi vasitəsilə ifadə edib, onlara yeni anlam verib.  Günümüzdə aktual olan məsələlərdən biri də musiqi ilə müalicədir. Bu müalicə üsulu  insanı ruhi və fiziki cəhətdən üzləşdiyi problemlərdən xilas etməyə, ehtiyacı olan rahatlığa çatdırmağa qadirdir. Musiqi ilə müalicə şəfa üsullarının ən qədim növünə aid edilir. Antik dövrdə  insanlar musiqinin İlahi məfhum olmasına inanır və onu  İlahi  lütf hesab edirdilər. Qədim Misir, Şumer, Çin, Yunanıstan və Hindistanda musiqinin  cənnətdən gəldiyinə inanırdılar. İnsan oğlunun səsin təsirinə düşmə məqamında yaranan musiqi müalicəsi zaman-zaman bir sıra formalarda aparılmış və elm inkişaf etdikcə o da öz ali mərhələsinə qədəm qoymuşdur.

Platon musiqinin aliliyini və onunla müalicənin vacibliyini bu sözlərlə ifadə edir: “Bilin ki, filosoflar musiqini oyun və əyləncə üçün deyil, insana fayda vermək, mənəvi zövq bəxş etmək, psixoloji durumunu rahatlamaq,  quru temperamentini  “nəmləndirmək,  fizioloji müvaziməti bərpa etmək, qan dövranını tənzimləməkdən ötrü istifadə edirlər. Bu deyilənləri inkar edənlər isə musiqini sadəcə olaraq meyxanələrdə, yol kənarlarında dinləyərək əsil sədanın ortaya qoyduğu elmi mahiyyəti, səbəb və nəticəni dərk etməyib ona oyun və əyləncə kimi baxanlardı.”

Böyük Şərq alimi İbn Sina  da “musiqi dinləmək və səsləndirmək ən yaxşı müayinə üsuludur”,  deməklə musiqi ilə müalicənin nə dərəcədə gərəkli olduğunu anlatmışdır.

Filosoflar musiqi, tibb, astronomiya üçlüyünün sintezində, onların yaratdığı vahid harmoniyada musiqi ilə müalicənin üsullarını çatdırırdılar. Sufi  mütəsəvvifləri isə: musiqi mərifət sahibləri üçün ruhun qidası olduğu və insanın kamilləşməsi mövqeyindən islami zəmində  özünə daha böyük dəyər qazanmışdır” deyərək , bu ilahi sənətin zirvəsini göstəriblər. Bu düşüncə çərçivəsində Mövləvilik başda olmaqla bir çox təsəvvüf cərəyanları musiqidən xüsusi təlim kimi istifadə edib,  hətta dəyərli musiqi əsərlərinin yaranmasına səbəb olublar.

Osmanlı imperiyası dönəmində yetişən musiqi xadimləri və nəzəriyyəçiləri Səfiyyəddin  Urməvi  və Əbdülqadir Marağayi türk musiqisi və  muğamlarının  insan temperamentləri, millətlər,  rənglər, bürclər, təqvimlər və bəzi xəstəliklər üzərindəki təsirləri istiqamətində təsnif etmişdilər. Türk musiqi nəzəriyyələrinin əks olunduğu “ədvar “ kitablarında da musiqinin tiblə əlaqəsi və onun vasitəsilə müalicə üsullarından bəhs olunur.  Məsələn, Sultan Süleymanın  dövründə saray həkimi Musa Hamun ona həsr  etdiyi diş xəstəliklərinin müalicəsi aid əsərində bu xəstəliklərin musiqi ilə müalicəsini,  həmçinin, uşaqların axşamlar muisiqi ilə yatırılmasıını bunun da öz növbəsində onların əxlaqının formalaşmasında əsas ünsürlərdən biri olduğundan  bəhs  edib. Bundan başqa şair-həkim olan Həsən Şüuri   “Tədilül  Əmzicə” adlı əsərinin “Musiqi məqamı”  fəslində səslə müalicə mövzusunu çox gözəl işləmişdir.    

İslam mədəniyyət tarixində musiqi ilə müalicə olunan şəfa ocaqlarının sayı çox olub.  Onlardan bir neçəsi ilə tanış olaq: Nurəddin Zəngi xəstaxanası (Şam 1154), Amasya bimarxanasi (1308), Gövhər Nəsibə Tibbi Mədrəsəsi,

Muğamların(təsnif, şöbə, rənglərin)   insanla qarşılıqlı əlaqəsi

Muğamların bürc qarşılıqları:

Rast: Qoç,  ünsür - atəş

İraq : buğa, ünsür- torpaq.

İsfahan : əkizlər, ünsür- hava

Zərəfkənd: xərçəng, ünsür- atəş

Rahab: tərəzi, ünsür- atəş

Hicaz : oxatan, torpaq 

Üşşaq: balığ, ünsür - su.

Musiqi ilə atsronomiya elmləri arasındakı qarşılıqlı əlaqədən bəhs edən alimlər (daha doğrusu, orta əsr İslam-Şərq alimləri)   bürclərlə muğamların  uyğunluq məsələsinə də toxunublar. Onlar bəzi bürclərlə muğamların eyni təbiətə malik olmasını da vurğulayıblar.

Muğamların (şöbələrin, təsniflərin ) xəstəliklərlə əlaqələndirilməsi.

Rast: iflic xəstəliklərinin sağalmasına şərait yaradır

İraq : yüksək hərarətə, sətəlcəm və titrəmə

İsfahan:  soyuqdəymə, halsızlıq, yaddaşın gücləndirilməsi.

Rahab: baş ağrıları, ürək çırpıntıları və qan azlığı (eləcə də digər qan xəstəlikləri) ;  

Hüseyni (Mənsiriyyə): ürək və ciyərdə olan iltihabların,  mədə problemləri;

Hicaz :  bağırsaq xəstəlikləri, ağrı və sancıların müalicəsində işə yarayır.

Üşşaq: yuxusuzluq və ayaq ağrılarının müalicəsində xeyirlidir.

Muğamlar və simalar.

Qarayanız insanlar – isti təbiətin sakinləridir. Xasiyyətcə də istiqanlı və səmimi olurlar. Onlara uyğun musiqi növü isə İraq təsnifidir.  Bu təsnifin ruhunda da yaxınlıq, doğmalıq, mehribanlıq hiss olunmaqdadır. 

Qara buğdayı adamlar- təbiətinə rütubət və nəm amilləri uyğun gəlir. Bu da onların zəhmətsevərlik və məhsuldarlığına bir nişanədir. Bu tip insanlara şəfa verə biləcək muğam isə İsfahandır.

Sarışın insanlar- təbiət etibarilə soyuq iqlim zonalarının sakinləridir. Təbiət onların temperamentinə də hakim kəsilib və soyuq zonanın iqliminə xas olan ağırlıq, ciddilik onlarda da özünü biruzə verməkdədir. Bu tip insanların muğamı isə Rastdır.

Muğamlar və Millətlər.

Musiqişünaslardan bəziləri muğamları millətlərə uyğun olaraq da qruplaşdırmışlar. Onlar birmənalı şəkildə millətin  rəğbət göstərdiyi meyarları nəzərə alaraq onlara uyğun muğamları da dəqiqləşdiriblər.

Ərəblərə daha çox Mənsuriyyə muğamı uyğun gəlir.

    Farslara  İraq uyğun gəlir

   Türklər üçün Üşşaq daha mütanasibdir

Muğamlar və məsləklər

Rast- alim zümrəsi

Dövlət adamları - İsfahan

Sufilər-  Rahab

Dərvişlər- Hicaz.

Muğamlar və zamanlar

Sübh vaxtı-rast,

Səhər-Hüseyni

Günortadan qabaq- Nəhavənd

Günorta vaxt iki namaz arasındakl məsafə- busə

Axşam- üşşaq, axçamdan sonra- müxalif şöbəsi,

Gecə yarısı – Rast.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir