Modern.az

Bakıda Gənclər günü qeyd edilib

Bakıda Gənclər günü qeyd edilib

Aktual

16 Avqust 2013, 11:18

2013-cü il, Avqust ayının 12-də UNİCEF və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən (BAMF) “Azərbaycan Gənclərinə Dəstək Proqramı” (AGDP) nın həyata keçirildiyi regionlardan olan gənclər bir araya gələrək, 2013-cü il Beynəlxalq Gənclər Gününü qeyd etdilər. BMT tərəfindən bildirildiyi kimi bu ilin mövzusu “Gənclərin  Miqrasiyası:irəliləyir və inkişaf edir”  olmuşdur. BAMF-ın Tərtərdə yerləşən Peşə Təlim Mərkəzində 40-dan çox gənc bu tədbirdə iştirak etdi.

Mövzu miqrasiya ilə bağlı olduğuna görə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı ofisinin nümayəndəsi də tədbirdə iştirak etdi və gənclərə müvafiq məslələrlə bağlı ətraflı məlumat verdi. Tədbir BAMF-ın Sədri  Umud Mirzəyevin açılış nitqi ilə başlandı və günün əhəmiyyətini, UNİCEF-in kənd yerlərində yaşayan yeniyetmə və gənclərin inkişafına göstərdiyi dəstəyi  qeyd etdi . AGDP -nın fəaliyyət qrupunun üzvü BMT-nin Baş Katibinin Beynəlxalq Gənclər Gününə həsr olunmuş nitqini azərbaycan dilində auditoriyaya oxudu.

Təqdimat və insan alveri ilə bağlı təhlükələr barədə filmin nümayişi vasitəsi ilə Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi xanım Səltənət Məmmədova  iştirakçılara qlobal miqrasiyanın müsbət tərəfləri ilə yanaşı, təhlükələrin qurbanı olmaq mümkünlüyü barədə də danışdı.

O çıxışında qeyd etdi : “Ailə, təhsil,   yenilik və macəra tapmaq  gənclərin miqrasiya etməsinin səbəblərindəndir. Miqrantalar sivilizasiyaya və inkişafa böyük töhfələr vermişdir və bu cərəyan hər zaman davam edəcəkdir, çünki insanlar daim hərəkətdədirlər ”. Eyni zamanda xanım Məmmədova bildirdi ki,Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycadakı ofisi mütəmadi olaraq  yerli dillərdə məlumat materialları çap edərək onları Azərbaycan gəncləri arasında yayır.  O, gəncləri dünyanın digər yerlərinə  miqrasiya etmədən öncə bu sahədə  çalışan müvafiq  qurum və   təşkilatlarla məsləhətləşməyi tövsiyə etdi.

BAMF-ın sədri cənab Mirzəyev  qeyd etdi ki, gənclər ilk növbədə öz cəmiyyətlərində məsuliyyətli  olmalıdırlar. Onun fikrincə yalnız bu halda,    gənclər formalaşdırdıqları müsbət dəyərləri  yaşadıqları yeni mühitdə tətbiq edə bilərlər. U.Mirzəyev həmçinin qeyd etdi ki, “Azərbaycanın dünyaya verə biləcəyi təklifləri çoxdur, və eyni zamanda, biz   miqrasiya edərək Azərbaycan cəmiyyətinə inteqrasiya etmiş mütəxəssislərin təcrübələrindən əhəmiyyətli dərəcədə yararlanırıq ”.  

Cənab Mirzəyev vurğuladı ki, BAMF kimi Beynəlxalq Təşkilatlar  miqrant işçilərin xidmətlərindən  yararlanmaqda davam edirlər, çünki, istənilən təşkilat müxtəlif ölkələrdən olan insanlar vasitəsi ilə səmərəli və ən yaxşı təcrübələri öyrənir.O fikrini  “Düşünməyin ki, nəyi isə dəyişmək üçün üçün  hələ də çox gəncsiniz və  dünyanın müxtəlif yerlərində  Azərbaycanın müsbət imicinin formalaşması üçün nə edə biləcəyiniz barədə düşünməyə başlayın” sözləri ilə tamamladı.

Nick Nwolisa, BAMF-ın Layihə direktoru və UNİCEF/ BAMF AGDP layihəsinin əlaqələndiricisi, gənclərlə dialoq sessiyasına moderatorluq etdi. Gənclər miqrasiya ilə bağlı müxtəlif suallara cavab verdilər və öz düşüncələrini bildirdilər.  Azərbaycan Dövlət proqramı vasitəsi ilə ali təhsil almaq məqsədi ilə Azərbaycanlı gənclərin ABŞ, Böyük Britaniya və Avropaya  göndərilməsini gənclər həvəs və coşqunluqla qarşılayırlar.

Bununla belə gənclər qeyd etmişlər ki,  belə dövlət proqramları ölkənin bütün bölgələrini  əhatə etsəydi, kənd yerlərində yaşayan gənclər mu imkanlardan bərabər şəkildə yararlana bilərdi və bu zaman daha təsirli olardı. Gənclər arasında inam ifadə olundu ki,  Azərbaycana miqrasiya edənlər ölkəmizə müsbət dəyərlər gətirir və xaricə gedən azərbaycanlılar da getdikləri ölkəyə müsbət dəyərlər aparırlar.

Daha “kiçik və əlçatan” olmuş dünyada gənclərin miqrasiyası inkişafı irəli doğru aparmaq üçün səmərəli vasitədir. İllər keçdikcə Azərbaycan   sabitliyin yaranmasına nail olmuş və bu zaman kadr  potensialının inkişafında, vətəndaş cəmiyyətinin qurulmasında miqrantların oynadığı rol danılmazdır. 

Dialoqun sonunda cənab Nwolisa UNİCEF-in uşaq hüquqlarının qorunmasını dəstəklədiyini vurğuladı.  Qeyd edildiyi kimi uşaqların irqindən, rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və digər fikirlərindən və ya harada doğulmasından asılı olmayaraq ,fiziki və ruhi cəhətdən sağlam,  azad və ləyaqətlə böyüməyə, inkişaf etməyə, ; adının  və ölkə vətəndaşlığının olmasına, xüsusi qayğı və himayəyə, yaxşı qidalanmağa,evinin olmasına, keyfiyyətli tibbi və difər xidmətlərlətəmin olunmasına; əlilliyi olarsa xüsusi qayğı almağa, ilk növbədə valideynlərindən sevgi və qayğı almağa hüququ vardır., Uşaqların məktəbdə oxumaq, oynamaq, inkişaf etmək üçün bərabər şanslara malik olmaq  və məsuliyyətli və xeyirli olmağı öyrənmək hüququ var;  onlar hər zaman ilk yardım edilənlərdən olmalıdırlar;  zorakılığa qarşı müdafiə olunmalıdırlar, fiziki və ruhi inkişafa zərər verən işlərə məcbur edilə bilməzlər; valideynlər onların təhsili və tərbiyəsi üçün məsuliyyət  daşıyırlar. Azyaşlılar işə cəlb oluna bilməz, uşaqlar heç vaxt onların sağlamlığına, əqli və fiziki inkişafına zərər verə biləcək işlərə cəlb oluna bilməzlər; insanlar arasında sülh, anlaşma, dözümlülük və dostluq prinsipləri onlara öyrədilməlidir.

Görüşdə Ağdam, Tərtər, Beyləqan,Yevlax və Bərdədən olan gənclərlə yanaşı BAMF-ın heyət üzvləri, Beynəlxalq Miqrasiya Təşkilatının heyəti və Peşə Təlim Mərkəzinin könüllüləri də iştirak edirdilər. Sülh korpusunun könüllüləri xanım Leigh Maddox və cənab Mathew Nelson gənclərin miqrasiyasının qlobal inkişafa təsirindən danışdılar.  Azərbaycan Mina Qurbanları Assosiyasiyasının Tərtər şöbəsi üzvləri   də tədbiri müşahidə edirdi.  Bütövlükdə  tədbir uğurla keçdi və  nəzərdə tutulmuşdur ki, AGDP proqramı fəaliyyət qrupu üzvləri bu tədbirdə  aldıqları məlumatları öz həmyaşıdları və  icma üzvləri ilə bölüşməkdə davam edəcəklər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır