Modern.az

Uşaqların böhran dövrü-3 yaş

Uşaqların böhran dövrü-3 yaş

İqtisadiyyat

17 Avqust 2013, 11:01

Bu dövrün ən diqqətə çarpan xüsusiyyəti artıq uşağınızın özünü ən yaxşı şəkildə ifadə etməyə başlamasıdır.

Uşaq 3 yaşına gəldiyində özünü dünyanın mərkəzində hesab edir. Özünü ifadə etməyə çalışan uşağınıza qoruyucu ana-atalıq etmək əvəzinə, modellik etməyiniz daha doğru olardı.

Örnək alacağı doğru model onun özünü ifadə etməsində yardımçı olacaqdır. 3 yaşdakı uşaqların ən sevdikləri sözlərin "xeyr", "mən", "mən edəcəyəm" olduğu görülə bilər.

İnadçı və qərarlı tutumları, istəklərinə "xeyr" deyildiyində keçirilən əsəb və ağlama böhranları həmişə bu dövrün xarakteristika xüsusiyyətləridir. Ümumiyyətlə 2,5-3 yaş ətrafındakı bütün uşaqlarda bu davranışların müşahidə olunması çox təbiidir.

Bu dövrə, "Birinci kaprizlər çağı", "3 yaş böhran dövrü" kimi adlarda verilməkdədir. Uşaq mənliyini bu ərəfədə kəşf edər. Bu kəşfin yaxşı olmadığı vəziyyətlərdə xalqın eqoist dediyi, eqoist bir tip ortaya çıxması normaldır.

Uşaq böyüdükcə, onun yatması daha asan, yuxu saatları daha nizamlı olur. Ancaq bəzi uşaqlar da var ki, onların yuxu problemi olur. Yuxunu gecikdirən səbəblərdən biri uşağın hədsiz dərəcədə yorğun olmasıdır. Belə olduqda ana uşağı ayaqda yellədərək və lay-lay sədaları altında yatıra bilər.

Əgər uşaqlara fürsət verilsə yemək, geyinmək, soyunmaq, təmizlik kimi bir çox ehtiyaclarını özləri qarşılaya bilər. Yəni bu yaş uşağın ictimai bir qrupun parçası olmağa ən hazır olduğu yaşdır. Anaya olan asılılığın yerini özünə güvən almağa başlar.

Bu yaşda ailənin rəftarı çox əhəmiyyətlidir. Fərd olmağa keçiş müddətində uşağın bəzi tələblərini qarşılayarkən bir parça gecikdirmək, onun mərkəzçilikdən qurtulmasına kömək edəcək. Ana-ataların xüsusilə bu dövrdə uşağın ictimai istiqamətini inkişaf etdirəcək bir rəftar içində olmaları əhəmiyyətlidir.

Ayrıca zehni inkişafı üçün uşaqların suallarına uyğun və doğru cavablar tapmaları, öyrənmə istəklərinin qırılmaması baxımından əhəmiyyət daşımaqdadır. Bu dövrdə uşaqların çox hərəkətə və təhlükələrə məruz qalma ehtimalları da artar.

3 yaşındakı uşaq əlindən gəlsə dünyanı kəşf etməyə çalışar. Buna görə də evdə uşaq üçün bir otaq və ya künc hazırlanması faydalı olar.  

Ana və atanın uşağın təhsilində eyni paraleldə olmaları ciddi bir problemdir. Yəni eyni məlumatları birlikdə bilməli və tətbiq etməlidirlər. Uşağın psixo-sosial xüsusiyyətləri və müvəffəqiyyətli uyğunlaşmanın əsasları mövzusunda ana və atanın fikir birliyi içərisində olmaları, ailə və uşaq xoşbəxtliyi baxımından aşılması lazım olan ilk mərhələdir.

Yetkinlər, uşağın qohumları və digər ictimai ətraf fərdləri, uşağı yola gətirmək və ya ona qarşı kifayət qədər təsirli ola bilmək üçün nə qədər araya girsələr, uşağın qarşı qoyma reaksiyaları da o nisbətdə çox şiddətli olar. Uşağın kaprizləri gedərək artar. Ana-ata burada əsasdır. Digər ictimai ətraf fərdləri ana-atanın nüfuzunu uşaq üzərində sarsıdacaq davranışlardan qaçmalıdırlar. Uşağın kaprizləri qarşısında edilə biləcək ən yaxşı hərəkət tərzi, uşağın təhlükəsizcə edə biləcəyi şeyləri etməsinə icazə vermək, kənar yandan da kaprizlərini görməzlikdən gəlməkdir.

Bu yaşda olan uşaqlar danışa bilər. Adını, soyadını, cinsiyyətini və yaşını söyləyə bilər. 10-a qədər, ya da daha çox əzbərdən saya bilər. Sadə əmrləri yerinə yetirər. Duyğularını şifahi ifadələrlə təsvir və duyğularının səbəblərini söyləyər. Yemək yeyərkən qaşıq və çəngəldən rahat istifadə edə bilərlər.

Hər neçə yaşda olursa olsun, uşaqların hər zaman diqqətə, qayğıya ehtiyacı var.                                                              

Hazırladı:Ulduz İBRAHİMOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı