Modern.az

TürkPA ilə NATO PA arasında əlaqələr müzakirə olunub

TürkPA ilə NATO PA arasında əlaqələr müzakirə olunub

15 Aprel 2010, 12:21

Türkdilli Ölkələrin Parlamentr Assambleysının (TürkPA) baş katibi Ramil Həsənov NATO PA-nın siyasi komitəsinin direktoru Steffen Saçsla görüşüb. Modern.az xəbər verir ki, Ramil Həsənov TürkPA-nın yaranması, fəaliyyəti, gələcək planları, beynəlxalq əməkdaşlıq sahəsində qısa zaman çərçivəsində həyata keçirdiyi layihələr  barədə qonağa ətraflı məlumat verib, NATO PA ilə əlaqələrin əhəmiyyətindən danışıb.

Uzun müddətli təcrübəyə malik olan NATO PA ilə beynəlxalq əlaqələr, iqtisadiyyat, humanitar məsələlər, elm, təhsil, parlament diplomatiyası, yeni daimi komitələrin qurulması, TürkPA katibliyinin əməkdaşlarının təcrübə mübadiləsi keçməsi kimi məsələlərdə NATO PA-nın katibliyi ilə əməkdaşlıq edilməsinin TürkPA-nın katibliyinin fəaliyyıtinə müsbət təsir göstərəcəyini qeyd edən R.Həsənov qurumun gələcəkdə NATO PA-da digər beynəlxalq təşkilatlar kimi qonaq və müşahidəçi statusu ilə iştirak etmək niyyətini ifadə edib. Steffen Saçs NATO PA-nın baş katibi David Hobbsun salamlarını çatdırıb,  NATO PA-nın sadəcə hərbi sahədə deyil, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, enerji məsələləri, parlamentlərarası əməkdaşlıq, demokratik inkişaf kimi sahələrdə aktiv iştirak etdiyini, Türkiyənin tam, Azərbaycan və Qazaxstanın isə müşahidəçi statusu ilə NATO-da fəaliyyət göstərdiyini vurğulayıb. NATO PA-nın fəaliyyətini özündə əks etdirən sənədlər qovluğunu TürkPA-ya təqdim edən qonaq NATO PA katibliyi olaraq əməkdaşlığın inkişafına və  təcrübə mübadiləsi ilə bağlı köməklik göstərməyə  hazır olduqlarını qeyd edib.

Görüşdə TürkPA baş katibinin müavini, Türkiyənin təşkilatdakı səlahiyyətli nümayəndəsi  Kürşat Melih Sarıarslan və TürkPA baş katibinin müavini Qazaxstan Respublikasının qurumdakı səlahiyyətli nümayəndəsi Mels Semqaliyev iştirak edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir