Modern.az

Alpinistlərimiz “Qar bəbiri”nə yaxınlaşır - FOTO

Alpinistlərimiz “Qar bəbiri”nə yaxınlaşır - FOTO

Təhsil

19 Avqust 2013, 12:37


Alpinistlərimiz  “Xan Tenqri” zirvəsini fəth etdilər, “Qar bəbiri”nə bir addım qaldı.

Modern.az xəbər verir ki, Azərbaycan alpinistləri, Azərbaycan Alpinizm Federasiyasının üzvləri Firuz
Dadaşov və Sirxan Məmmədov Tyan-Şan dağlarının "Xan Tenqri" (7010 m.) zirvəsinə çatıblar. Azərbaycan Alpinizm Federasiyasından verilən məlumata görə, bu barədə Firuz Dadaşov peyk telefonu vasitəsilə məlumat verib.

Onun  sözlərinə görə, yürüşə pis hava şəraiti və güclü qar mane olub. Lakin bütün çətinliklərə baxmayaraq, alpinistimiz zirvənin fəthinə nail olublar.

Artıq idmançılarımız baza düşərgəsinə eniblər. Onlar düşərgədə bir neçə gün istirahət edəcəklər. Daha sonra isə alpinistlərimiz "Qələbə" zirvəsini fəth etmək üçün yürüşə başlayacaqlar.

Sirxan Məmmədov və Firuz Dadaşov – Pamir və Tyan-Şanın ən yüksək zirvələrinə 2010, 2011 və 2012-ci illərdə aktivində uğurlu yürüşlər olan milli komandanın üzvləridir.

“Xan Tenqri” və “Qələbə” zirvələrini fəth etdikləri halda idmançılarımız "Snejniy Bars” (Qar bəbiri) tituluna sahib olacaqlar.

Bu titulun sahibi olmaq üçün Mərkəzi Asiyanın ən hündür beş zirvəsini fəth etmək lazımdır. Bu zirvələr – "Xan Tenqri”(7010 m.), "Qələbə”(7439 m.), "Lenin”(7134 m.), "Korjenevskaya”(7105 m.), "Kommunizm”dir (7495 m.). "Qar bəbiri" adını, yarıməsrlik tarixi ərzində 621 alpinist ala bilib.


Qeyd edək ki, bu titula Azərbaycan tarixində ilk dəfə 2009-cu ildə İsrafil Aşurlı layıq görülüb.  


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir