Modern.az

Misir telekanallarında türk seriallarının yayımı dayandırılıb

Misir telekanallarında türk seriallarının yayımı dayandırılıb

19 Avqust 2013, 15:13


Bir neçə Misir telekanalı Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın ərəb ölkələrindəki iğtişaşlara mövqeyinə görə, türk seriallarının yayımını dayandırıb. Modern.az xəbər verir ki, Misir Kino Sindikatı və şair, yazıçı, aktyor, kino istehsalçıları eləcə də, alimlərin daxil olduğu Misir Yaradıcılıq Cəbhəsi kanalları ərəb dünyasında olduqca məşhur olan türk seriallarının yayımını dayandırmağa çağırıb.

Bir neçə TV yayımçısı,o cümlədən “əl-Həyat”, “ən-Nəhar”, “əl-Qahirə və Nəs” telekanalı serialların yayımını dayandırıb. Sonuncu iki telekanalının sahibi Tariq Nur serialların yayımınım dayandırılmasının onları maliyyə problemləri ilə üzləşdirə biləcəyinə baxmayaraq, Türkiyəyə bir etiraz mesajı gönndərmək istədiklərini deyib.

 

Peykər İbrahimova  
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir