Modern.az

Azəri Gənclər Alyansı gəncləri seçkilərdə fəal olmağa səsləyib

Azəri Gənclər Alyansı gəncləri seçkilərdə fəal olmağa səsləyib

17 Avqust 2013, 15:43

Hər il istər dövlət təqaüdü, istər fərdi qaydada Azərbaycandan xarici ölkələrə yüzlərlə tələbə yollanır, bir o qədər də vətəndaşımız mötəbər ali təhsil ocaqlarını bitirərək, mütəxəssis kimi geri dönürlər. Bu gənclərin potensialından seçkilərdə istifadə etmək üçün Azəri Gənclər Alyansı “ Xaricdə təhsil alan gənclərin seçkilərdə fəallığının artırılması”  mövzusunda növbəti  - üçüncü tədbirini keçirib.
Avqustun 17-də “İrəli” Gənclər Mərkəzində təşkil edilən mərasim Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilib. Dəyirmi masaya  millət vəkili Ceyhun Osmanlı,  AR-nın Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Vaqif  Seyidbəyov , ekspertler, hazırda xaricdə təhsil alan və məzun olmuş onlarla  fəal gənclər  qatılıblar.

Azəri Gənclər Alyansının sədri Leyla Məmmədli seçkilərdə gənclərin fəallığının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, dünyanın müxtəlif ölkələrində ali təhsil alan gənclərimizi seçkilərdə fəal iştirak etməyə və vətəndaş borcunu yerinə yetirməyə səsləyib

Millət vəkili Ceyhun Osmanlı bildirib  ki, xaricdə təhsil alan azərbaycanlı gənclərin seçkilərdə fəal iştirakı vətəndaş cəmiyyətinin  inkişafında xüsusi rol oynayır.

Prezident yanında Gənclər Fondunun nümayəndəsi Vaqif  Seyidbəyov qeyd edib ki, seçki kampaniyalarında xarici ölkələrdə yüksək ali məktəblərdə təhsil alan və təhsilini bitirib geri dönən gənc mütəxəssislərin bilik və bacarıqlarından lazımınca istifadə edilməlidir.
”Gənclər  cəmiyyətin təkanverici avanqard hissəsidir. Bu səbəbdən, xaricdə təhsil alan gənclər öz ailələri, dostları, icması və cəmiyyətlərində müsbət mənada söz sahibi olurlar. Onlar seçki prosesində fəal olmaqla digərlərinə nümunə göstərməlidirlər”. 

  Sonda mövzu ətrafında  geniş müzakirələr aparan  gənclər seçkilərdə  hazırda xaricdə təhsil alan və xaricdə təhsilini bitirərək, vətənə dönən tələbələrin fəallaşdırılması ilə bağlı təkliflər veriblər.

 Azəri Gənclər Aliyansının rəhbəri  Leyla Məmmədli  təklifləri dəstəkləyərək bildirib ki, xaricdə təhsil alan və məzun olmuş gənclərin potensial qüvvəsindən ölkəmizin tərəqqisi naminə daha çox istifadə olunması üçün bir sıra mühüm işlər görmək niyyətindədirlər.






Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı