Modern.az

Azərbaycan Ordusunun zabiti dənizdə batıb

Azərbaycan Ordusunun zabiti dənizdə batıb

20 Avqust 2013, 12:12
Azərbaycan Ordusunun zabiti dənizdə batıb. APA-nın məlumatına görə, hadisə Zirə qəsəbəsi yaxınlığında qeydə alınıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, 1984-cü il təvəllüdlü baş leytenant Qədimov Elçin Nazim oğlu Xəzərdə balıq tutarkən dənizdə batıb. Onun meyitinin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Hələlik mərhumun meyitini tapmaq mümkün olmayıb.  

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!