Modern.az

AMİP prezidentliyə namizədini seçib

AMİP prezidentliyə namizədini seçib

20 Avqust 2013, 15:24


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) prezident seçkilərində iştirak edəcəyi namizədi bəlli olsa da, partiya həmin şəxsin adını mətbuatdan gizli saxlayır. AMİP sədri Yusif Bağırzadə saytımıza verdiyi açıqlamalarının birində namizədin müəyyən edildiyini bildirmişdi. Hətta partiya rəhbəri özünün namizədiyini belə, istisna etməmişdi. Y.Bağırzadənin fikrincə, AMİP-in namizədi nə Etibar Məmmədov, nə də Milli Şura sədri Rüstəm İbrahimbəyov olacaq.

Artıq seçki kampaniyasına rəsmən start verilsə də, AMİP namizədinin kimliyini açıqlamır. AMİP  sədrinin beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev Modern.az-a namizədin adının partiyanın rəsmi qərarı əsasında yaxın günlərdə açıqlanacağını bildirib. “Partiyanın rəsmi qərarı olmadan kiminsə namizədin adını açıqlamaq səlahiyyəti yoxdur. Bununla bağlı partiyanın Mərkəzi Şurası öz qərarını verəndən sonra həmin şəxsin kimliyi mətbuata açıqlanacaq. Yəqin ki, bu, yaxın günlərdə baş verəcək”.

Əldə etdiyimiz məlumata görə, AMİP-i prezident seçkilərində partiya sədri Yusiv Bağırzadə təmsil edəcək. Y.Bağırzadə özü də bu xəbəri nə təsdiq edib, nə də təkzib.

Anar RÜSTƏMOV
 
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi