Modern.az

Muğam müsabiqəsi davam edir

Muğam müsabiqəsi davam edir

Aktual

21 Avqust 2013, 11:40

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Beynəlxalq Muğam Mərkəzində IV muğam televiziya müsabiqəsi keçirilir. Modern.az bildirir ki, müsabiqənin üçüncü həftəsində Xətai Hacıyev, Gültəkin Məmmədova, Mirpaşa Şükürov və digər istedadlı xanəndələr Beynəlxalq Muğam Mərkəzinin səhnəsinə çıxıblar.

Onlar 500-dən çox gəncin içindən seçilərək Bakı səhnəsində ifa etmək hüququ qazanmış və müsabiqənin üçüncü həftəsinə vəsiqə alan iştirakçılardır.

“Qatar”, “Segah”, “Zəminxarə”, eləcə də digər təsnifləri böyük şövq və həvəslə ifa edən gənclər peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriliblər.

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən IV muğam televiziya müsabiqəsi gənc nəslin bu sənətə marağını artırmaqla yanaşı, istedadlı gənclərin üzə çıxarılmasında, tanınmasında da müstəsna rol oynayır.

Dördüncü muğam televiziya müsabiqəsi həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı keçirilir. Müsabiqənin bütün konsertləri Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı ilə canlı yayımlanır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar