Modern.az

Suriyada növbəti kütləvi qətl - bir gecədə ən azı 500 ölü

Suriyada növbəti kütləvi qətl - bir gecədə ən azı 500 ölü

21 Avqust 2013, 12:42


Hökümət qüvvələri paytaxt Dəməşq ətrafında dəhşətli qətllər törədib. Dəməşqdən Şərqdə yerləşən Quta vahəsində ən azı 500 nəfərin həlak olduğu bildirilir. Modern.az ərəb KİV-lərinə istinadən xəbər verir ki, əraziyə havadan güclü raket zərbələri endirilib. Əsəd tərəfdarlarının Dəməşq ətrafındakı bütün məntəqələrə geniş miqyaslı hücum həyata keçirdiyi bildirilir. Bu hadisələr isə ölkəyə BMT nümayəndələrinin gəlməsi fonunda baş verir. BMT nümayəndələri müharibə zamanı tərəflərin bir-birilərinə qarşı kimyəvi silah istifadə etməsi ilə bağlı məlumatları yerində araşdırmaq üçün gəlirdilər. Döyüşlərin kəskinləşdiyi məqamda onların səfəri sual altındadır.  


Vüqar İsmayılov

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi