Modern.az

QHT sektorunun tarixi ictimaiyyətə təqdim edilməlidir

QHT sektorunun tarixi ictimaiyyətə təqdim edilməlidir

15 Aprel 2010, 20:08

 

Modern.az saytı xəbər veriri ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən QHT sektoru üzrə hazırlanan Milli Hesabatın redaksiya şurasının növbəti toplantısı keçirilib.

Şura sədri Azay Quliyev bildirib ki, Milli Hesabat artıq hazırdır və ekspert-müəlliflərin iştirakı ilə yekun müzakirədən sonra onun çapa göndərilməsi mümkündür. O, həmçinin qeyd edib ki, Milli Hesabat ölkənin QHT sektorunun tarixini, inkişaf mərhələlərini və mövcud durumunu obyektiv əks etdirən mühüm bir sənəd kimi qiymətləndirilməli və ictimaiyyətə təqdim edilməlidir.

Müzakirələrdə çıxış edən redaksiya şurasının üzvləri, ekspert-müəlliflər Eldar Aslanov, Sahib Məmmədov, Əliməmməd Nuriyev, Qubad İbadoğlu, Hafiz Həsənov, Rauf Zeyni və Vahid Qazi Azərbaycan QHT sektorunun Milli Hesabatda əks olunmuş ayrı-ayrı sahələri üzrə öz təklif və qeydlərini bildiriblər.

Qeyd edilib ki, ölkədə QHT fəaliyyətinin on ildən artıq bir dövrü Hesabatda hərtərəfli təhlil edilib və bölmələr üzrə zəruri nəticələr çıxarılıb. Ölkənin QHT həyatının inkişaf dinamikasının reallığa uyğun şəkildə, dəqiq faktlarla Milli Hesabatda əks olunması ictimai sektorun bundan sonrakı araşdırmaçıları üçün mühüm əhəmiyyət kəsb edəcək. Milli Hesabatın Azərbaycan QHT sektoru haqqında beynəlxalq arenada da obyektiv təsəvvürün yaranmasına töhfə verəcəyi vurğulanıb. 

İclasda qərara alınıb ki, Milli Hesabat ingilis dilinə tərcümə edilərək hər iki dildə ayrıca kitab şəklində nəşr edilsin və ictimaiyyətə təqdim olunsun.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir