Modern.az

İlhamə Quliyeva prezidentə məktub yazdı

İlhamə Quliyeva prezidentə məktub yazdı

21 Avqust 2013, 17:58

 

Azərbaycanın Xalq artisti İlhamə Quliyev prezident İlham Əliyevə məktub yazıb. Modern.az-ın məlumatına görə, ölkə başçısı tərəfindən “Şərəf” ordeni ilə təltif  edilən Xalq artisti İlham Əliyevə diqqətinə görə minnətdarlığını bildirib:

- Mənim zəhmətimi yüksək qiymətləndirdiniz, “Şərəf” ordeni ilə təltif etdiniz. Biləsiniz ki, məni nə qədər xoşbəxt etdiniz. Allah Sizi hər zaman xoşbəxt etsin. Sizinlə fəxr edir, qürur duyur, öyünürəm. Bu hissləri doğuran Sizin sənətə, sənət adamına yüksək diqqət və qayğınızdır. Siz ulu öndərimiz Heydər Əliyevin hər bir sahə üzrə ənənəsini uğurla davam etdirirsiniz. Bu nəcib işlərdən ulu öndərimiz Heydər Əliyevin ruhu şad olur.

Möhtərəm Prezident, qəlbimin dərinliklərindən gələn bir səmimiyyətlə deyirəm: “Şərəf” ordenimin Sərəncamına imza atan əlləriniz var olsun! Azərbaycan vətəndaşı olaraq mən Sizinlə - Prezidentimlə fəxr edirəm. Siz layiq olduğunuz ali kürsüdə əyləşib hər kəsə eyni gözlə baxırsınız. Bu, Sizin humanistliyinizin əyani sübutudur.

Bütün Azərbaycan xalqı, dünyada yaşayan azərbaycanlılar arxanızda dayanıb və Sizi sevir. Sizi ürəkdən sevən milyonlardan biri də mənəm. Sizin ən sadiq silahdaşınız ömür-gün yoldaşınız, Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Nə qədər böyük xoşbəxtlikdir ki, iki böyük şəxsiyyət, güclü insan bir-birinə dayaqdır. Arzum budur ki, Azərbaycanımızda mövcud olan bu xoşbəxtlik heç zaman başımızın üstündən əskik olmasın. Bu xoşbəxtliyi başımızın üzərində tac kimi saxlamalı, Sizin kimi Prezidentimizin qədrini bilməli, Sizə dayaq olmalıyıq.

Oktyabrın 9-da respublikamızda növbəti prezident seçkiləri keçiriləcəkdir. Mən Sizin sadiq əsgərinizəm. Həmişə Sizə sadiq olmuşam və son nəfəsimə qədər Sizin siyasətinizi dəstəkləyəcəyəm. Vətənim uğrunda hər şeyə, Sizin yolunuzda canımı qurban verməyə hazıram. Dünyanın müxtəlif ərazilərində məskunlaşan milyonlarla azərbaycanlının yalnız bir rəhbəri var – o rəhbər də Sizsiniz - İlham Heydər oğlu Əliyev!”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...