Modern.az

Azərbaycan gəncləri İlham Əliyevə pərəstiş edir

Azərbaycan gəncləri İlham Əliyevə pərəstiş edir

21 Avqust 2013, 17:57

Gülnar Əmiraslanova
Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinin əməkdaşı,
YAP Yasamal Rayon Təşkilatının fəalı


Mən ümumilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin inkişafı və əhalimizin xoşbəxt gələcəyi naminə həyata keçirdiyi taleyüklü işlərə, qarşıya qoyduğu genişmiqyaslı vəzifələrə görə Azərbaycan gəncləri adından dərin təşəkkürümü, yüksək ehtiramımı bildirirəm.

Hamımızın doğma vətəni olan Azərbaycan cənab Prezidentin rəhbərliyi sayəsində sürətlə inkişaf edir. İqtisadiyyatımızın dinamik inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılması naminə görülmüş işlər hər bir gənc üçün qürur mənbəyidir. Ümummilli liderimiz Heydər Əliyevin gərgin əməyi sayəsində qurulmuş müstəqil Azərbaycan Respublikası bu gün daha da inkişaf edir, insan hüquq və azadlıqlarının təmin olunduğu demokratik yolla irəliləyir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev gənclərin fəallaşmasında çox mühüm rol oynamışdır. Məhz onun təşəbbüsü ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaranmışdır. 1996-cı il fevralın 2-də respublika gənclərinin ilk forumu keçirilmişdir. 1997-ci ildə Gənclər gününün təsis edilməsi, 1999-cu ildə Gənclərin II forumunun keçirilməsi “Dövlət Gənclər Siyasəti” haqqında fərmanın imzalanması, “Gənclər Siyasəti” haqqında Qanunun qəbul edilməsi və s. göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanda müasir gənclər siyasətinin əsasını qoymuşdur.

Əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlhgam Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2005 – 2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramını təsdiq edilməsi, 2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi, 2007-ci ilin “Gənclər ili” elan olunması, Prezident yanında Gənclər Fondunun yaradılması, bölgələrdə müsir standartlara cavab verən Gənclər Mərkəzlərinin fəaliyyətə başlaması, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzalanmış fərman və sərəncamlar Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğının bariz nümunəsidir.

Biz gənclər cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin bu 10 ili ərzində gördüyü işləri yüksək qiymətləndiririk. Bu 10 il ərzində sosial-iqtisadi inkişafın sürətləndirilməsi və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə bir çox dövlət proqramları qəbul edilərək həyata keçirilmişdir. Məhz bu illər ərzində Azərbaycanda 900 mindən çox yeni iş yeri açılmış, əhalinin rifah halı yüksəlmiş, əmək haqqları, müavinətlər və pensiyalar artırılmış, Azərbaycanın müxtəlif bölgələrində yeni təhsil və mədəniyyət obyektləri, səhiyyə obyektləri, idman olimpiya kompleksləri, yeni elektrik stansiyaları, müasir standartlara cavab verən körpülər, yeraltı keçidlər və avtomobil yolları, yeni emal sexləri, fabrik və zavodlar tikilib istifadəyə verilmiş və həyatımızın bütün sahələrində nəzərə çarpan nailiyyətlər əldə edilmişdir. Azərbaycanda sonuncu çadır düşərgəsi ləğv edilərək ağır şəraitdə yaşayan soydaşlarımız müasir infrastruktura malik olan qəsəbələrə köçürülüblər. Bu illər Azərbaycanın hərtərəfli inkişafı üçün çox uğurlu il olmuşdur. Azərbaycan öz beynəlxalq mövqelərini möhkəmləndirmiş, böyük iqtisadi inkişafa nail olmuşdur. Azərbaycan iqtisadi inkişaf sürətinə və infrastruktur layihələrinin reallaşma templərinə görə dünyada öncül mövqelərə malikdir.

Müstəqil Azərbaycanın cənab Prezidentimizin rəhbərliyi altında hazıkı yüksəlişində Heydər Əliyev Fondunun fəaliyyəti olduqca təqdirəlayiqdir. Fondun xətti ilə respublikamızın şəhər və rayonlarında yüzlərlə yeni infrastruktur obyektləri tikilərək vətəndaşlarımızın istifadəsinə verilmişdir. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, xalqımızın görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi, Azərbaycanın milli mədəniyyət nümünələrinin YUNESKO-nun qorunması proqramlarına daxil edilməsində fondun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri əvəzolunmazdır. Biz gənclər Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin möhtəərm prezidentimizin qətiyyəti və zəkasının gücü ilə həll ediləcəyinə, dövlətimizin ərazi bütövlüyünün bərpa olunacağına, soydaşlarımızın öz doğma yurdlarına qayıdacağına inanırıq. Cənab Prezidentimiz öz çıxışlarının birində bildirirmişdir ki, müstəqilliyimizin möhkəmlənməsi və inkişafı naminə gərək hərə öz payını versin, səy göstərsin, nəyə qadirdisə, onu etsin. Biz gənclər də bundan nəticə çıxararaq daxili və ictimai sabitliyin qorunmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində, torpaqlarımızın azad olunmasında hər an gənclərin himayəçisi olan möhtərəm Prezidentimizlə həmrəy olmağı özümüzün başlıca məqsədi elan edərək, onun daxili və xarici siyasətini fəal dəstəkləyəçək, bu siyasətə qarşı çıxanlara öz sağlam mövqeyimizi bildirməkdən çəkinməyəçəyik.

Gənclər adından bildiririk ki, 2013-cü il Prezident seçkilərində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcək və yenidən özümüzə Prezident seçəcəyik. Çünki onun apardığı siyasət Azərbaycanın, onun gələcəyi olan gəncliyin tərəqqisinə xidmət edir.  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi