Modern.az

Suriyada “kimyəvi silahdan” ölənlərin sayı 1300 nəfəri keçdi

Suriyada “kimyəvi silahdan” ölənlərin sayı 1300 nəfəri keçdi

22 Avqust 2013, 12:38



Modern.az
xəbər verir ki, Suriyada kimyəvi silah tətbiq edilməsi nəticəsində həlak olanların sayı durmadan artır. Suriya müxalifəti Dəməşqin şərqindəki Rut rayonunda baş verən insident zamanı ölənlərin sayının 1300 nəfəri keçdiyini bildirib. Sübut olaraq isə sosial şəbəkələrdə hadisə yerindən çəkilən videogörüntülər yerləşdirilib. Videogörüntüdə çoxlu sayda azyaşlı uşaqların cəsədləri görünür. Onların üzərində heç bir zorakılıq əlamətləri görmək mümkün deyil. Bu isə onların məhz kimyəvi silahdan zəhərləndiklərini deməyə əsas verir. Lakin Əsəd hökumətinin rəsmisi ərazini zəhərləyən və insanları öldürən raketlərin müxalifətçilərin mövqelərindən atıldığını bildirib.

  Vüqar İsmayılov  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir