Modern.az

Azərbaycanda əlillərə 8 mindən çox əlil arabası verilib

Azərbaycanda əlillərə 8 mindən çox əlil arabası verilib

22 Avqust 2013, 12:47

Əlilliyi olan şəxslərin bütün sahələrdə olduğu kimi, reabilitasiya vasitələri ilə təminatı sahəsində də işlər son on ildə yüksələn xətlə davam etdirilib.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən   2003-cü ildə əlilliyi olan şəxslər 419 əlil arabası, 1455 protez-ortez məmulatı ilə təmin edilmişdirsə, 2012-ci il üçün bu rəqəmlər müvafiq olaraq 1358 ədəd və 2394 ədəd olub.  Nazirlikdən Modern.az-a bildirilib ki, cari ilin 6 ayında isə əlilliyi olan şəxslər 470 ədəd əlil arabası, 1419 ədəd protez-ortez məmulatı ilə təmin edilib. Ümumilikdə, son 10 ildə əlillərə 8 mindən çox əlil arabası, 23582 protez-ortez məmulatı, 132300-dən çox digər reabilitasiya vasitələri verilib.

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub