Modern.az

Qızıl medallı Heydər Əliyevin yeni FOTOSU

Qızıl medallı Heydər Əliyevin yeni FOTOSU

Aktual

22 Avqust 2013, 16:43


Bu il ali məktəblərə keçirilən qəbul imtahanında iştirak edərək Azərbaycan Diplomatik Akademiyasına (ADA) qəbul olan prezident İlham Əliyevin oğlu Heydər Əliyevin yeni fotosu yayılıb. Modern.az-ın məlumatına görə, prezidentin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva özünün instagram səhifəsində qardaşı ilə birgə çəkdirdiyi şəkil paylaşıb. Tələbə Heydər Əliyevin bu fotosu sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Qeyd edək ki, bu il II ixtisas qrupu üzrə imtahan verən Heydər Əliyev 590 bal toplayaraq Azərbaycan Diplomatik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub. Heydər Əliyev bu akademiyada ödənişli əsaslarla təhsil alacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır