Modern.az

Bu gün QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasının 2 ili tamam olur

Bu gün QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasının 2 ili tamam olur

Qarabağ

16 Aprel 2010, 18:44

Aprelin 16-da Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının yaradılmasının 2 ili tamam olur.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranması müstəqil Azərbaycan dövlətçiliyinin inkişafı ilə bilavasitə şərtləndirilən amillərlə bağlıdır.. 27 iyul 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası ölkəmizdə QHT inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyənləşdirdi. Konsepsiya ilə bağlı ictimai sektorda gedən prinsipial müzakirələrdən sonra Prezidentin 13 dekabr 2007-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı və Şuranın Əsasnaməsi təsdiq edildi. Nəhayət, QHT nümayəndələri arasında aparılmış demokratik, şəffaf seçkilərdən sonra dövlət başçısının 16 aprel 2008-ci il tarixli sərəncamı ilə Şura üzvləri təyin edildi və bununla da Şura fəaliyyətə başladı. 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin sözlərinə görə, Şura tərəfindən indiyədək maliyyələşdirilmiş layihələr ən müxtəlif fəaliyyət sahələrini əhatə edib və onlar ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə öz töhfəsini verib.

Şuranın birinci maliyyə yardımı müsabiqəsi 2008-ci ilin iyul-avqust aylarında keçirilib və QHT layihələrinin maliyyələşdirilməsinə 1,2 milyon manat dövlət vəsaiti xərclənib. Həmin müsabiqəyə daxil olmuş 361 QHT layihəsindən 190-ı müsabiqənin qalibi seçilərək, Şuradan maliyyə dəstəyi alıb. Qeyd edək ki, Şura tərəfindən maliyyələşdirilmiş layihələrin həyata keçirilməsi Azərbaycanın ictimai sektorunda böyük canlanma yaradıb, vətəndaş cəmiyyəti quruculuğunun mühüm nəzəri və praktiki məsələlərinin cəmiyyətdə yenidən qabardılmasına təkan verib. 2009-cu ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün maliyyə yardımı müsabiqələrinə 613 layihə təqdim olunub. Ümumilikdə ötən il Şuranın müsabiqə fondu 2 068 000 manatdan ibarət olub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu ildə QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsinə 489 layihə daxil olub, onlardan 199-u qalib seçilib. Qalib layihələrə 1 milyon AZN-dən çox maliyyə vəsaiti ayrılıb. Modern.az.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir