Modern.az

Milli QHT Forumu Türkiyənin “Hürriyyət” qəzetinin köşə yazarına cavab verdi

Milli QHT Forumu Türkiyənin “Hürriyyət” qəzetinin köşə yazarına cavab verdi

16 Aprel 2010, 19:03

Milli QHT Forumu “Hürriyyət” qəzetinin köşə yazarı Mehmet Ali Birandın 15 aprel 2010-cu il tarixdə bu qəzetin səhifələrində çap etdirdiyi “Türkiyə çırpınır, Azərilərin isə heç vecinə də deyil” başlıqlı məqaləsi ilə əlaqədar bəyanat yayıb. Modern.az-a daxil olan bəyanatda bildirlib:

“Müstəqillik qazandıqdan sonra yeni mərhələyə adlayan Azərbaycan-Türkiyə münasibətləri illər keçdikcə daha da güclənir, hər iki dövlətin həm siyasi, hm ictimai, həm də iqtisadi yaxınlaşması üçün ciddi addımlar atılır. Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının reallıqda təcəssümünü görmək üçün son illərin xronologiyasına diqqət kəsilmək yetərlidir.

        

Lakin zaman-zaman bu birliyi pozmaq üçün müxtəlif təxribat xarakterli addımlar da atıldığının şahidi olmuşuq. Xarici qüvvələr tərəfindən körüklənən bu prosesə bilərəkdən, yaxud bilməyərəkdən qoşulanlar da olur. Belə şəxslərdən biri Türkiyənin tanınmış qəzetlərindən olan “Hürriyyət” qəzetinin köşə yazarı Mehmet Ali Biranddır. Onun 15 aprel 2010-cu il tarixdə bu qəzetin səhifələrində çap etdirdiyi “Türkiyə çırpınır, Azərilərin isə heç vecinə də deyil” başlıqlı məqaləsi Azərbaycanda böyük narazılıq doğurub. Məqalədə reallıqların təhrif olunduğu çoxsaylı faktlar qeyd olunub.

 

Halbuki, Azərbaycan ictimaiyyəti, siyasiləri Türkiyənin baş naziri cənab Rəcəb Teyyub Ərdoğanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşması zamanı Qarabağ problemini əsas fakt kimi götürməsi düzgün siyasət sayır. Çünki Türkiyənin Azərbaycan, Azərbaycanın Türkiyə ilə bağlı məqamlarda güzəştə getməməsini hər iki ölkənin milli maraqları tələb edir. Türkiyə Qarabağ məsələsində də, “soyqırım” məsələsində də, sərhədlərlə bağlı məsələdə də güzəştə getsə Ermənistanın və onun havadarları olan ABŞ-ın, Avropa Birliyinin, Rusiyanın istəkləri bitməyəcək. Yeni-yeni tələblər ortaya çıxacaq. Bunu tarix dəfələrlə bizə sübut edib.

 

        

Ona görə bu fikidə israrlıyıq ki, Azərbaycan-Türkiyə birliyini pozmaq üçün təxribar xarakterli materialların gündəmə gətirilməsini heç bir halda müsbət qarşılamaq mümkün deyil. ABŞ-da və Avropada “soyqırım” məsələsində parlamentlər qərar verən zaman Türkiyə qədər etiraz edən dövlətlərdən ən birincisi Azərbaycan oldu. Əgər cənab Birand bunlardan özü yazdığı kimi məlumatsızdırsa həmin tarixdə çap olunmuş Azərbaycan qəzetlərinin internet saytlarına baxa bilər.

 

         Azərbaycanın qeyri-hökumət təşkilatlarının təmsilçiləri olaraq cənab Mehmet Əli Birandın məqaləsini pisləyir, belə yazılarla Azərbaycan-Türkiyə birliyinə zərbə vurmağın mümkün olmayacağını bəyan edirik”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı