Modern.az

İsa Hüseynovun səhhəti ilə bağlı yeni xəbər var

İsa Hüseynovun səhhəti ilə bağlı yeni xəbər var

29 Avqust 2013, 13:40


Xalq yazıçısı İsa Hüseynovun səhhəti ilə bağlı yeni xəbər var. Dünən qocaman yazıçının səhhətinin qəfildən pisləşməsi xəbəri bütün elektron mediada yayılmışdı.
AYB mütamadi olaraq onun ailəsi və həyat yoldaşı Firuzə xanımla əlaqə saxlayır. Qurumun sözçüsü Ədalət Əsgəroğlu yazıçının səhhəti ilə bağlı yeni məlumatı Modern.az-la bölüşüb:

“İsa Hüseynovun ailəsi ilə yenidən əlaqə saxladıq. Hər şey yaxşıdı. Düzdü, yazıçı həkim nəzarəti altındadı. Amma ailəsindən bildiriblər ki, qorxulu bir şey yoxdu. Biz yenə də əlaqə saxlayacayıq”.

Çağdaş nəsrimizdə bənzərsiz, orijinal  romanların müəllifi olan İsa Hüseynovun dünən böyrəklərində baş verən problemlərə görə səhhəti ağırlaşıb. Xalq yazıçısı hazırda Qazax rayonunda həkim nəzarəti altındadır.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir