Modern.az

Kıprıs türkləri yeni prezident seçir

Kıprıs türkləri yeni prezident seçir

18 Aprel 2010, 16:28

Aprelin 18-də Şimali Kıprıs Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Kıprıs türkləri yunan icması ilə danışıqlar aparacaq yeni prezidenti seçməlidir.  Əsas mübarizə baş nazir Dərviş Əroğlu və indiki prezident Mehmet Əli Tələt arasında gedir. Son vaxtlar keçirilmiş ictimai rəy sorğuları Əroğlunun rəqibindən üstün olduğunu göstərib. Lakin Tələt düşərgəsində nikbin əhval-ruhiyyə hökm sürür. Tələt səsverməyə qədər olan müddətdə rəqibi ilə aralarında olan fərqi  azalda bilib.

 

Qeyd edək ki, kıprıslı elektorat öz qərarlarını son anda verir və buna görə də prezidentliyə namizədlər öz təbliğatlarını sona qədər xeyli gücləndirib.  Müşahidəçilər  qeyd edir ki, Kıprısda seskinin  taleyi son 2 gündə bəlli olur. Seçkiyə 2 gün qalmış böyük bir lobbi fəaliyyəti həyata keçirilir. Mətbuat seçki əhvl ruhiyyəsinin zəif olduğunu qeyd edir. Lefkoşa və Girnədə seçki təbliğat plakatlarına rast gəlinsə də digər iri şəhərlərdə seçim ab-havas hiss olunmur.

 

Məlumatlara görə seçimin  taleyini Türkiyədən son illər Kıprısa köçən türklər həll edəcək. Tələt tərəfdarları hesab edir ki, Əroğlunun prezident seçiləcəyi təqdirdə Türkiyədən gələn təzyiqlər artacaq. Təhlilçilərə görə, Ankara artıq indiki prezidentə dəstəyini nümayiş etdirib. Türkiyənin baş naziri Ərdoğan  Tələtin yünan icması ilə danışıqlar prosesinin davam etdirilməsinə sadiq qaldığını deyib.         

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi