Modern.az

“Yazıçıların sərgüzəştləri”: Söhrab Tahir Əkrəm Əylisliyə kəf gəldi...

“Yazıçıların sərgüzəştləri”: Söhrab Tahir Əkrəm Əylisliyə kəf gəldi...

31 Avqust 2013, 12:28

Modern.az saytı sizlərə Azərbaycan yazıçılarının başına gələn maraqlı sərgüzəştləri çatdırıb. İndi də xalq şairi Söhrab Tahirin maraqlı sərgüzəştlərini oxuculara təqdim edirik.           

Söhrab Tahir Əkrəm Əylislini necə aldatdı

Məmməd Araz, Söhrab Tahir və Əkrəm Əylisli Sabirabadda kolxoz sədri Cəfərovun qonağı olurlar. Kür qırağında açılan məclisdə qonaqlar üçün araq dolu yeşik qoyurlar. Yazarlar əvvəl elə bilirlər ki, yəqin başqa qonaqlar da gələcək. Amma elə olmur. Cəfərov məclisi necə qızışdırırsa, bir də görürlər ki, araq yeşiyinin yarısı boşdur. Söhrab Tahir içkinin çox içilməsindən narahat olur. Araq yeşiyinə də Əkrəm Əylisli söykənibmiş. Şair xəlvəti Əkrəmin başının üstündən araqları bir-bir götürüb çaya tullayır. Hər dəfə araq şüşəsi çaya düşəndə gumbultu yaranır. Belə məqamda arxası araq yeşiyinə və çaya olan Əkrəm Əylisli Söhrab Tahirdən soruşur:

– O nə səsdi elə gəlir çaydan?

– Heç balıqlardı, suda atlanıb-düşürlər.

– O boyda da balıq olar? Deyəsən “asetrin”di, gumbultusundan “asetrin”ə oxşayır. 

Söhrab Tahirlə Məmməd Araz “ləzginka” oynadılar”

Məmməd Araza Bakıda beyin pərdəsinin iltihabı diaqnozu qoyulur. Müalicə üçün yaxın dostu Söhrab Tahirlə Moskvaya gedir. Söhrab Tahir hiss edir ki, Məmməd Araz öz səhhətinə görə çox narahatdır.

Məmməd Araz deyir:
- Ən yaxın dostum sənsən, amma sən də mənim xəstəliyimin diaqnozuna inanmırsan. ?

- Mən bu diaqnoza inanmıram!

- Bəs onda nə üçün əllərim, ayaqlarım əsir?

Məmməd Arazın nigaranlıq dolu anları get-gedə artır. Nəhayət, Kreml xəstəxanasının həkimi Omanskinin müayinəsindən, sorğu-sualından,  analizlərin tədqiqindən sonra həkimlə şairin arasında belə bir dialoq yaranır:

– Sizə qoyulan bu diaqnoz düz deyil. Kim bunu sizə rəva görüb?

Söhrab Tahir Məmməd Arazı qabaqlayır:

–  Doktor, bəs bunun diaqnozu nədir?

– Mənim qəbuluma bu xəstəliyə baxmağa gəlibsiz. Mən də sizə bir mütəxəssis kimi deyirəm ki, bu xəstəlik onda yoxdur.

Söhrab Tahir sevindiyindən həkimi “Praqa” restoranına dəvət edir. Amma həkim qəbul etmir. Sonra hər iki dost sevindiklərindən xəstəxananın həyətinə düşərək “ləzginka” oynayırlar.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq