Modern.az

Corc Vaşinqton 2 kitabı geri qaytarmayıb

Corc Vaşinqton 2 kitabı geri qaytarmayıb

19 Aprel 2010, 11:48

Amerikanın ilk prezidenti Corc Vaşinqton 1789-cu ildə Nyu-Yorkun ən qədim kitabxanasından götürmüş olduğu 2 kitabı geri qaytarmayıb. Modern.az BBC-yə istinadən xəbər verir ki, Nyu-Yorkun ən yaşlı kitabxanasının əməkdaşları müəyyən ediblər ki,  hələ də iki kitab Corc Vaşinqtonun adına qeydiyyatda qalmaqdadır.   Amerikanın birinci prezidenti beynəlxalq münasibətlər və Brtaniya parlamentində debatların protokoluna dair kitabları kitabxanaya qaytarmayıb.  Qanunlara görə, kitabların  vaxtında qaytarılmamasına  görə cərimə düşür. Bu müddət isə Vaşinqtonun timsalında 220 il təşkil edir. Belə olan halda birinci prezidentin cəriməsi indiki inflyasiya da nəzərə alınsa 300 min dollar təşkil edir. Lakin Nyu-York kitabxanası Corc Vaşinqtonu bağışlamağa hazır olduğunu bəyan edib, təki kitablar qayıtsın.  

Lakin bu kitabların harada olmasını heç kim bilmir. 1789-cu ildə Corc Vaşinqton kitabxanaya gəlir və yuxarıda adlarını çəkdiyimiz kitabları sifariş edir. Sifarişçinin adının qarşısında Vaşinqton öz imzasını qoymayıb. Onun köməkçisi isə  bu qrafada  “prezident” sözü yazıb.  Birinci prezident kitabları bir ay ərzində qaytarmalı idi. Lakin kitablar geri qayıtmayıb. İtkin kitablar barədə məlumat bir qədər əvvəl məlum olub.

Qeyd edək ki, Nyu-York cəmiyyət kitabxanası 1754-cü ildə bir qrup şəhər sakini  tərəfindən yaradılıb. 1789-cu ildə Nyu-York Birləşmiş Ştatların müvəqqəti paytaxtı olub. Birinci prezidentin adını daşıyan şəhər isə o vaxt hələ tikilməkdə idi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir