Modern.az

Milli Məclisin sabahkı iclasının gündəliyi məlumdur

Milli Məclisin sabahkı iclasının gündəliyi məlumdur

19 Aprel 2010, 15:17

Sabah Milli Məclisin növbət iclası keçiriləcək. Parlamentdən Modern.az-a iclasın gündəliyi barədə məlumat verilib. Bildirilib ki, iclasda 9 məsələyə baxılacaq. Əvvəlcə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası qanun layihəsi üçüncü oxunuşa çıxarılacaq. Sonra “Azəörbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsüsi pasportlara malik vətəndaşlar üçün viza tələbinin ləğv edilməsi haqqında” sazişin təsdiq edilməsi barədə qanunun layihəsinə münasibət bildiriləcək.

Bundan başqa, iclasın gündəliyinə “İslam Konfransı Təşkilatının Nizamnaməsinin təsdiq edilməsi haqqında”,  “Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambelyasının Katibliyi (Türk PA Katibliyi) arasında yerləşmə haqqında” sazişin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə  əlavələr edilməsi barədə”, “Ailə Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr  edilməsi haqqında” qanun layihələrinin müzakirəsi də daxildir. Deputtalar həmçinin “Vəzifəli şəxslər tərəfindən  maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları” na əlavələr edilməsi haqqında”,  “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə  siyahıları”nda dəyişikliklər edilməsi haqqında”  qanun layihələrinə də baxacaqlar. Sabahkı iclasa Hesablama Palatasının hesabatı haqqında məsələ də daxildir.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu