Modern.az

Deputat hesabat verdi

Deputat hesabat verdi

19 Aprel 2010, 17:11

Modern.az xəbər verir ki, 122 saylı Xankəndi seçki dairəsindən seçilmiş millət vəkili, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İB-nin idarə heyətinin üzvü Həvva Məmmədovanın seçiciləri ilə görüş-hesabatı keçirilib. Görüşdə millət vəkili ilə yanaşı “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İB-nin sədri Bayram Səfərov və Qarabağ ziyalıları da iştirak edib.

 

Bayram Səfərov bildirib ki, Dağlıq Qarabağ problemini həll etmək üçün ölkə Prezidenti çox böyük səylər göstərir.

“Təbii ki, problem sülh yolu ilə həll edilsə daha yaxşı olar. Şəxsən özüm də müharibə olmasını istəmirəm. Hər evin itkisi, şəhidi var. Ən azından müharibənin həyacanı böyük bir zərbə olur. Hələ malından-mülkündən keçənlərdən danışmıram. Həyatdı da bizim qistəmiz bu imiş. Ən pisi odur ki, bizim qonşularımız belə oldu. Nə bilərdik ki, belə olacaq. Gül kimi cənnətdə yaşayırdıq”.

İcmanın üzvü, millət vəkili Həvva Məmmədova isə vurğulayıb ki, Azərbaycanda ilk qaçqınçlığa məruz qalan məhz xankəndlilər olub: “İlk köçkünlük Dağlıq Qarabağdan başladı. Bizim taleyimizə o qismət oldu ki, 1988-1993 cü ilə qədər 3 rəhbərlik ilə rastlaşdıq. 1988-93 cü ilə qədər biz yaşdığımız köçünlük həyatı  tariximizin elə bir anı idi ki, köçkünlük həyatı 1994-cü ilə qədər davam etsəydi, yəqin ki, Sibir sürgününə, uzaq Qazaxstan çöllərinə gedərdik. Ancaq Heydər Əliyevin yenidən hakimiyyətə qaydışı taleyimizdə çox böyük rol oynadı. 1993-cü ilədən sonrakı dövrümüzü insan kimi hiss etməyə başladıq...

Biz xankəndlilər 1994-cü ildən başlayaraq, təkliflərimizlə bağlı bütün instansiyalara müraciətlər edik ki, respublika rayolarının Seçki dairələri fəaliyyət göstərdiyi halda Xankəndi şəhərinin Seçki Dairəsi yoxdu. Müəyyən müzakirələr aparıldı. Ölkə prezidenti belə bir qurumun yaradılması üçün gücünü səfərbər etdi. 2005–ci ildə qərara gəlindi ki, belə dairənin yaradılmasına ehtiyac var. Ona görə də biz xankəndlilər daim cənab Prezidentə təşəkkür etməliyik”.

 

Millət vəkili Həvva Məmmədova seçicilərinə bildirib ki, ermənilər Dağlıq Qarabağda yaşayan azərbaycanlıların sayı ilə bağlı hər zaman yanlış statistik rəqəmlər ortaya qoyurlar: “Dağlıq  Qarabağ əhalisinin sayı qəsdən azaldılır. Dünya ictimaiyyətinə yanlış məlumatlar çatdırılır. Halbuki Dağlıq Qarabağ əhalisinin sayı 75 mindir”.

Həvva Məmmədova deputat olduğu 5 ildə gördüyü işlər barədə də seçicilərini məlumatlandırıb: “Bu 5 ildə səlahiyətlərim daxilində Xankəndi ilə bağlı mühüm işlərə nail oldum. Xankəndinin inzibati qurumlarının yardaılması ilə bağlı Milli Məclisin plenar iclasında məsələ qaldırdım. Xankəndi ilə yanaşı Ağdərə rayonunun inzibati ərazi vahidi kimi bərpası və onun icra qurumlarının yaradılması ilə bağlı çıxışlarım olub. İndi Böyük Qayıdış Planı hazırlanır. O plan içərisində Dağlıq Qarabağdan olan Azərbaycan əhalisi kənarda qalmamalıdır. Ona görə də belə qurumların yaradılmasına çox böyük zərurət var. 48 rayonda yaşayan əhalinin taleyi başlı-başına qoyula bilməz”.

 

Həvva Məmmədova daim seçiləri ilə görüşdüyünü, onların müraciətlərini cavablandırdığını söyləyib: “Bilmək lazımdır, millət vəkili özbaşına deyil. Heç bir insan tutduğu postda da əbədi deyil. Mən istərdim ki, hər kəs öncə vətəninə, dövlətinə sədaqətlə xidmət etsin. Hesab edirəm ki, bu istıqamətdə görə biləcəyim çox işlər var”.

 

Deputat bildirib ki, indiyədək ona yazılı olaraq 1849 nəfər müraciət edib: “Bu müraciətlərdən 1049-u müsbət həllini tapıb. Müraciətlərin 149-u imza qoyulmadığı üçün əsassız sayılıb, 189-u aidiyyatı orqanlada icradadır, 465-i həllini tapmayıb. Müraciətlərin 1213-ü sosial problemlərlə bağlı olub, 451-i torpaq və mülkiyyətin bölüşdürülməsi, 140-ı qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı olub. Deputatlıq müddətində seçilərimlə rəsmi olaraq 223 görüş keçirmişəm. Ancaq qeyri-rəsmi olaraq belə görüşlərin sayı mini ötüb...

Dərnəgüldə məskunlaşan 63 ailənin qaz problemi müdaxiləmdən sonra həll edilib. 72 nəfər Səhiyyə Nazirliyinin və digər nazirliklərin xətti ilə müalicə edilib. Ağcabədi rayonun Sarıcalı kəndində yaşayan 60 məcburi köçkün ailəsinin içməli su problemi həll edilib. Ağdamda yerləşən 24 saylı orta məktəbə 3 ədəd komputer dəsti hədiyyə verilib. Bununla yanaşı elə həmin rayonda yerləşən Döyüş Şöhrəti muzeyi komputer dəsti ilə təmin edilib, 5 nəfərin etdiyi müraciət əsasında evlərinə telefon çəkilib. Mareneulidə yaşayan Kərimov Nurlana təhsilini davam etdirməsi üçün Qars şəhərində ARDNŞ-in həyata keçirdiyi təqaüd proqramı çərçivəsində 200 ABŞ həcmində hər ay üçün maliyyə yardımı ayrılıb. 63 nəfər etdiyi müraciət əsasında ixtisasına uyğun olan müxtəlif işlərlə təmin edilib, 52 ailəyə ünvanlı sosial yardım alması üçün kömək göstərilib, onlardan 41 ailəyə ünvanlı sosial yardım təyin edilib.

17 may 2009-cu ildə Gəncədə Kərkicahanlıların məskunlaşdığı yataqxanada oldum. Göygöl rayonunun Topalhəsənli kəndinin Lüləli qəbristanlığında Kərkicahan qəsəbəsinə aid olan qəbristanlığın yolu abadlaşdırıldı. 15 kilometr yolun düzəldilməsi qısa müddətə başa çatdırıldı. Kərkicahan qəsəbəsində su nasoslarının təmiri ilə əlaqədar edilmiş müraciətlərin hamısı müsbət həll edilib.

Bundan başqa yaşayış vəziyyətlərinin ağır olduğunu bildirən Bərdədə məskunlaşan 10 ailə üçün Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə yardımlar edilib.

Məcburi köçkün kimi evlərdə məskunlaşmış 12 ailənin evdən çıxarılmasının qarşısı alınıb. 5 yataqxanın ərazisi təmir edilib. Bir ailə üçün hər ay 100 manat təqaüd ayrılıb”.

Həvva Məmmədova bundan sonra da bu istiqamətdə bütün gücü ilə işləyəcəyini deyib.

Görüşdə seçicilər ziyalıların adından mətbuatda deputatları ilə bağlı dərc olunan yazının həqiqətə uyğun olmadığını, həmin yazıda adları keçən ziyalıların heç birinin deputatla bağlı məktuba imza atmadıqlarını da bildiriblər.

 

Təhminə Paşayeva

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?