Modern.az

Qlobal Gənclər Xidməti Günü Azərbaycanda da qeyd olunur

Qlobal Gənclər Xidməti Günü Azərbaycanda da qeyd olunur

19 Aprel 2010, 18:08

Əsası ilk dəfə 1988-ci ildə ABŞ-da qoyulan, hər il milyonlarla uşaq və gənc tərəfindən öz icmalarında göstərilən xidmətlərin inkişafı münasibəti ilə qeyd edilən “Qlobal Gənclər Xidməti Günü” bu ildən başlayaraq Azərbaycanda da qeyd olunacaq.

            Qeyd edilən gün 100-dən artıq ölkədə keçirilir və əsas məqsədi gənclərə göstərilən icma xidmətlərinin inkişaf etdirilməsidir.

23-25 aprel tarixində qeyd ediləcək “Qlobal Gənclər Xidməti Günü” ölkəmizdə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən təşkil olunacaq.

           Mərkəz bu tədbirlərin keçirilməsi üçün Azərbaycanda Milli Agentlik kimi seçilib.

  Mərkəz bu gün çərçivəsində bir sıra tədbirlərin keçirilməsini planlaşdırır ki, bunlar da əsasən Azərbaycanın bir neçə regionunu əhatə edəcək. Tədbirlər planına icmalarda gənclərlə görüşlərin keçirilməsi, yarış və sərgilərin təşkili daxildir. Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər