Modern.az

Daha bir jurnalist müsabiqəsi

Daha bir jurnalist müsabiqəsi

19 Aprel 2010, 18:53

Azərbaycanda İnsan Alveri Əleyhinə mübarizə aparan QHT-lər “İnsan alverinə və əməyin istismarına qarşı mübarizə, insan alveri qurbanlarının müdafiəsi və cəmiyyətə reinteqrasiyası sahəsindəki vəziyyət” barədə jurnalistlər üçün müsabiqə elan edir.

İnsan alverinin ağır nəticələri, insan alverinə qarşı mübarizənin vəziyyətinin təhlili, habelə insan alverinin digər halları barəsində 2009-cu ilin  may ayının 6-dan 2010-cu il may ayının  1-nə qədər  KİV-lərdə çap olunmuş və elektron KİV-lərdə nümayiş etdirilmiş  ən yaxşı jurnalist araşdırmasına görə qaliblər üçün aşağıdakı pul mükafatları nəzərdə tutulub:

I yer üçün – 700 manat

II yer üçün – 500  manat

III yer üçün – 300 manat

Elektron KİV-lərin əməkdaşları tərəfindən aparılan araşdırmalar, süjetlər və verilişlər üçün aşağıdakı pul mükafatları nəzərdə tutulub:

I yer üçün – 1000 manat

II yer üçün – 700  manat

III yer üçün – 500 manat

Mükafatların təqdimatı 6 may 2010-cu il tarixdə “İnsan alverinə qarşı mübarizə” günü ilə bağlı keçiriləcək tədbirdə elan ediləcək.

Müsabiqədə iştirak etmək istəyənlər bu mövzuda çap olunmuş məqalələrini, sənədli filmlərini və ya videoçəkilişlərini 1 may 2010-cu il tarixədək  [email protected]  və ya [email protected]   ünvanına göndərə və ya hər gün saat 14:00-dan 18:00-dək  layihə üzrə əlaqələndiricilər Elçin Zahiroğluna və ya Vəsilə Əhmədovaya təqdim edə bilərlər.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?