Arxiv
24 Sentyabr 2009, 11:25 | ÖLKƏ
Azərbaycanın ən hündür nöqtəsində Elm Mərkəzi tikilir

Prezident İlham Əliyevin “Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqatı ilə bağlı Tədbirlər haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası ərazisində Böyük Qafqaz dağlarının şimal-şərq yamacında Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi yaradılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, mərkəzin yaradılmasında məqsəd yüksək dağlıq ərazilərin (YDƏ) bir ekosistem kimi kompleks öyrənilməsi, xüsusən həmin ərazinin mikroiqliminin, hidroloji proseslərin, dağ buzlaqlarının tədqiqi, iqlim dəyişmələri və onun ətraf mühitə, biomüxtəlifliyə təsirinin qiymətləndirilməsidir.
Elm Mərkəzinin fəaliyyətə başlaması üçün 3000 metrə yaxın hündürlükdə müvafiq inzibati bina tikilib və meteoroloji müşahidə meydançası yaradılıb. Həm Elm Mərkəzində, həm də Mərkəzdən aralı Şahdağın 3500 metr hündürlüyündə Finlandiyanın məşhur Vaysala firmasının istehsalı olan Avtomat Meteoroloji Stansiyalar (AMS) quraşdırılıb. Artıq meteoroloji stansiyalardan ilkin meteoroloji müşahidə məlumatlarının alınmasına başlanılıb. Hazırda belə AMS-dən biri də 4200 metr hündürlükdə yerləşən Tufandağda da quraşdırılır. Bütün ləvazimat artıq Tufandağın zirvəsinə qaldırılıb.
Nazirlikdən deyiblər ki, son günlər ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar dağçılar və mütəxəssislər Tufandağın zirvəsindən enməyə məcbur olublar. Bununla belə, Cənubi Qafqazın ən hündür nöqtəsində yerləşən (4200 metr) stansiyanın yaxın vaxtlarda quraşdırılması işinin başa çatdırılacağı bildirilib.
Çətin, həmçinin mürəkkəb şəraitdə fəaliyyət göstərəcək Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin yaxın vaxtlarda mütəxəssis heyəti ilə komplektləşdiriləcəyi və tam gücü ilə işə başlayacağı planlaşdırılır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00 Azercell-in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb 18 Aprel 2019, 17:51 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı 18 Aprel 2019, 17:42 Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb 18 Aprel 2019, 17:37 Manatın məzənnəsi dəyişir? 18 Aprel 2019, 17:33 Deputat seçiciləri ilə görüşdü 18 Aprel 2019, 17:32