Modern.az

Ali məktəblərə ixtisas qrupları üzrə keçid balları açıqlanıb

Ali məktəblərə ixtisas qrupları üzrə keçid balları açıqlanıb

20 Aprel 2010, 13:35

 

Tələbə qəbuluna aid Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinə  və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu qaydaları ilə bağlı mətbuat konfansı keçirilib. Modern.az xəbər verir ki, mətbuat konfransında çıxış edən TQDK-nın Təşkilat şöbəsinin rəhbəri Arzu Bagırov bildirib ki, ali məktəblərə bu gün ərizə qəbulu başlayıb:

“Abituriyentlər mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurub, tələb olunan sənədləri aprelin 30-dan mayın 31-dək müvafiq  Sənəd Qəbulu Komissiyalarına (SQK)  təqdim edərək ərizələrini təsdiq etdirə bilərlər. “Abituriyent” jurnalının 2-ci sayında bu barədə ətraflı məlumat verilib. Təhsil Nazirliyi söz verib ki, iyunun 25-nə qədər orta məktəblərin buraxılş imtahanlarının nəticələrini elan edəcək. Ondan sonra biz müəyyən edəcəyik ki, kimlər imtahanda iştirak edəcək”.

Arzu Bağırov qeyd edib ki, ümumilikdə 130  SQK yaradılıb: “Gürcüstanda yaşayan azərbaycanlılar ərizələrini Qazax rayon Təhsil Şöbəsində, Dağıstanda yaşayan azərbaycanlılar isə Qusar rayon Təhsil şöbəsində yaradılmış SQK-larda ərizələrini təsdiq etdirə bilərlər”.

Təşkilat şöbəsinin rəhbəri vurğulayıb ki, rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili “ fənnindən  imtahan 2 dəfə - mayın 23-ü və iyunun 28-də keçiriləcək: “Mayın 23-də keçirilən imtahanda iştirak etmək istəyənlər ərizələrini mayın 14-dən gec olmayaraq, iyunun 28-də keçiriləcək imtahanda iştirak etmək istəyənlər isə iyunun 20-dən gec olmayaraq müvafiq SQK-da təsdiq etdirməlidirlər”.

TQDK rəsmisi deyib ki, 3-cü ixtisas qrupunda müsabiqəyə ümumi balı 300-dən , digər qruplarda isə 250-dən az olmayanlar buraxılacaqlar. Ümumi balı 350-dən çox olanlara isə nisbi bal məhduduiyyəti tətbiq olunmayacaq. Orta ixtisas təhsili müəssisələrininn ixtisaslarının müsabiqəsində ümumi balı 50-dən az olmayan abituriyentlər iştirak edə biləcəklər.

Arzu Bağırov əlavə edib ki, ali məktəblərə plan yerləri artıq TQDK-ya təqdim edilib: “Bu  Nazirlər Kabinenti tərəfindən təsdiq edilməlidir. Ancaq ötən ilki vəziyyət saxlanılacaq.

Bu il bir yenilik də odur ki, abituriyentlər buraxılış ərizələrini özləri çap edəcəklər. Sınaq imtahanlarından görürük ki, abituriyentlər 1-ci qrupa meyl edirlər. Ancaq əvvəkli illərdə daha çox 3-cü qrupa sənəd verilirdi. Bu il ali təhsil müəssisələrinə keçirilən imtahanlar Gəncədə də keçiriləcək. Əvvəl isə yalnız Bakı, Sumqayıt, Naxçıvanda keçirilirdi”.

A.Bağırov onu da qeyd edib ki, aprelin 25-də Türkiyə ali məktəblərinə imtahan keçiriləcək.

İmtahanda 1636 abituriyentin iştirakı gözlənilir. Onlardan 221-i Naxçıvan Muxtar Respublikasının abituriyentləridir.

Magistraturaya sənəd qəbulu  ilə bağlı Azru Bağırov deyib ki, sənədlərin qəbulu aprelin 20-də yekunlaşacaq: “1574 ərizə daxil olub. Birinci mərhələnin imtahanları mayın 2-də Bakı, Naxçıvan, Gəncədə keçiriləcək”.

Təhminə Paşayeva

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu