Modern.az

Su, qaz, işıq təchizatı nəzarətçilərinə mane olanlar cərimələnəcəklər

Su, qaz, işıq təchizatı nəzarətçilərinə mane olanlar cərimələnəcəklər

Parlament

20 Aprel 2010, 13:54

Milli Məclisin aprelin 21-də keçirilən iclasında gündəliyə daxil olan məsələlərdən biri də “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə” qanun layihəsinin müzakirəsi idi.

Modern.az xəbər verir ki, parlament İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə dəyişikliyi qəbul edib. Beləliklə dəyişikliyə əsasən, su, qaz, elektrik enerjisi təchizatı  ilə bağlı məsələlərə nəzarət edənlərə öz işinin icrasını həyata keçirməyə mane olanlar (o cümlədən sayğaclara baxılması üçün mənzillərin qapılarını açmayanlar) barəsində müvafiq tədbir görüləcək. Belə ki, su, qaz, elektrik enerjisi təchizatı nəzarətçilərinə mane olan fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 50 manat, hüquqi  şəxslər 100 manat məbləğində cərimə olunacaqlar. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi